Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


verilməsini buyurar. İnsan heyrət içində böyük



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə94/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   90   91   92   93   94   95   96   97   ...   116
170 suala cavab

verilməsini buyurar. İnsan heyrət içində böyük 
günahlarını axtara-axtara qalar
»
1

Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə 
edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın 
çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər 
bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri 
atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın 
yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata 
keçirilməlidir.
Sual 137:
Güc çatmayan məsələni necə həll etmək olar?
Cavab:
«Fürqan» surəsinin son ayəsində buyurulur: 
«
De ki, duanız olmasa, Rəbbimin yanında heç bir 
dəyəriniz yoxdur
».
Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər 
işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan 
olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır. 
İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə 
həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama 
ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan 
yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv 
olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün 
1
«Nurus-səqəleyn», 4-cü cild, səh. 33.
126


insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış 
istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına 
təsadüf olunmayıb. 
Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı 
çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun 
paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, 
Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan 
narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı 
bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü 
şərtidir.
İslam Peyğəmbəri (s) buyurur: «
Dua möminin silahı, 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin