Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


dinin sütunu, yerin və göyün nurudur



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə95/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   91   92   93   94   95   96   97   98   ...   116
170 suala cavab

dinin sütunu, yerin və göyün nurudur
»
1
.
Sual 138:
İslamda şerə və şairə münasibət necədir?
Cavab:
İslamın «insan azadlıqlarını məhdudlaşdıran» 
bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar, 
Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə 
ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə 
buyurulur: «
Şairlərə gəlincə, onlara yalnız azğınlar 
uyar
». İlk baxışdan belə görünə bilər ki, İslam dini şer və 
şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində 
qeyd olunur: «
Ancaq iman gətirib yaxşı işlər görən
Allahı çox zikr edən, zülmə uğradıqdan sonra 
intiqamını alanlardan başqa!
». 
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər 
və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək, 
mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq. 
Götürək rəssamlığı. Əgər rəssam öz istedadını zülm və 
əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti 
zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino 
1
«Üsuli-kafi», 2-ci cild.
127


və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya 
bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ 
edən şer nəinki pis deyil, olduqca təqdirəlayiqdir. Həzrət 
Məhəmməd (s) buyurur: «
Şerin bəzisi hikmət, bəzisi isə 
sehrdir
»
1

Müasir dünyamızda eyş-işrətin təbliği o qədər 
güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına 
düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən 
şerlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər 
yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək! 
Sual 139:
Süleyman peyğəmbərin macəraları bizə nə 
öyrədir?

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin