Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə98/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   94   95   96   97   98   99   100   101   ...   116
170 suala cavab

yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan 
qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən 
insanlardır
».
Dünyanın bir çox ölkələrində hökm sürən zorakı 
rejimlər, adətən, bir qrup mənsəbpərəst rüşvətxordan 
ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə 
barışmayıb hər zaman qiyam arzusunda olduqlarından, 
belə cəmiyyətlərdə onlara yer olmur.
Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun 
mövzuda gözəl misaldır: Daim üfunətli dərilər arasında 
işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir. 
Ətirlərin qoxusundan bihuş olmuş dabbağ, ölümcül 
vəziyyətə gəlir. Onu müayinə edən təbib, Dabbağın təcili 
üfunətli dabbağxanaya aparılmasını məsləhət görür. 
Dərilərin qoxusu dabbağın burnuna dəydikcə, o özünə 
qayıdır.
Bəli, bəşər tarixi boyunca günahkarlığa rəvac verilmiş 
cəmiyyətlərdə paklıq, vicdan, dindarlıq nöqsan hesab 
olunmuşdur. Belə cəmiyyətlərdə spirtli içki içməyən, haram 
tikə yeməyən, yalan danışmayan insanlara yer olmamış və 
olmayacaqdır.
Sual 142:
«Muztərr» kimdir? 
131


Cavab:
«Muztərr» ərəbcədən tərcümədə, «əli hər 
yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci 
ayəsində oxuyuruq:
«(Bütlər yaxşıdır) Yoxsa əli hər 
yerdən üzülüb darda qalan kimsənin duasını qəbul 
edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin 
edən Kəs?!
».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən 
insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr 
olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca 
şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün 
həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir 
kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin 
bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə 
gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah 
iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) 
buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin