Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Bu ayə Məhəmməd (s) ailəsindən olan imam



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə99/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   95   96   97   98   99   100   101   102   ...   116
170 suala cavab

Bu ayə Məhəmməd (s) ailəsindən olan imam 
Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» 
Odur. O, İbrahim məqamında durub, əllərini Allah 
dərgahına qaldırar və dua edər. Allah-təala onun 
duasını qəbul edib, bütün narahatçılıqları aradan 
qaldırar və onu yer üzünə xəlifə təyin edər
»
1
.
Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil 
olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması 
üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) 
zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər 
insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin 
dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar 
Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu 
1
«Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 94.
132


duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru 
gerçəkləşəcəkdir.
Sual 143:
Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət 
hadisəsinin fəlsəfəsi nədir?
Cavab:
Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci 
imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində 
bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün 
dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala 
həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş 
bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama 
(ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı 
bürümüş hakimiyyətini müşahidə etmək iftixarına 
yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir 
intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq 
edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət 
hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam 
rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir 
qrup xalis mömin və xalis kafirə aiddir. Möminlərin 
qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz 
dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya 
həyatında kafirlərin maneçiliyi səbəbindən imanını 
kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı 
arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin