6. QANIN (YEYİLMƏSİNİN) HARAM OLMASI
Allah-taala Quranda buyurur:
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”1.
Qanın yeyilməsinin haram olması Quranda dörd surədə müxtəlif ibarələrlə öz əksini tapmışdır. Üç surədə (Nəhl, Bəqərə və Maidə) tam oxşar ibarələrlə verilmişdir. Ənam surəsində isə oxuyuruq:
إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ
(Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”2.
Ayədə “دمامسحوفا” (axar qan) ifadəsi qeyd olunmuşdur. Bu, qanın kapillyarlarda qalan hissəsini istisna edir. “فانه رجس” ibarəsindəki “ه” əvəzliyi üçüncü şəxsin təkinə məxsus olmasına baxmayaraq, hər üçünə (yəni yalnız donuza deyil, ölü heyvan və qana da) aid olur. Bir çox təfsirçilərə görə bu ayənin ilkin mənasına uyğundur. Belə ki, ayədən hər üçünün natəmiz, insan təbiətinə zidd olduğu anlaşılır.
Nəhl və Ən`am surələri Məkkədə, Bəqərə və Maidə surələri isə Mədinədə nazil olmuşdur. Qanın haram olduğunu bildirən ayələrin dəfələrlə təkrar olunması onun insan orqanizmi üçün təhlükəli olduğunu və cahillik dönəmində qanın yeyilməsinin geniş yayıldığını göstərir1.
Dostları ilə paylaş: |