Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə115/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   111   112   113   114   115   116   117   118   ...   166

ELMİ SİRLƏR


Qanın haram və murdar olması haqqında tibb elmləri mütəxəssisləri tərəfindən müxtəlif ehtimallar irəli sürülmüşdür. Mövzu ilə bağlı çoxsaylı rəvayətlər də nəql olunmuşdur.

1. Rəvayətlər.

Bir kişi İmam Sadiqdən (ə) soruşdu: Nə üçün Allah-taala qanı yeməyi haram etmişdir? İmam (ə) buyurdu: “Çünki qan yemək qəlbi daşlaşdırır, sevgini, mərhəməti aradan aparır. Qan yemək bədəndə pis iy yaradır, rəngini dəyişir”1.

Digər rəvayətdə oxuyuruq: “Qan yeyənlər öz valideynlərini, övladlarını öldürə biləcək dərəcədə daşürəkli olurlar”1.

2. Doktor Əbd əl-Həmid və başqaları yazırlar:

Qan insan üçün faydalı qida məhsulu deyil. Çünki plazma tərkibindəki zülallar (albumin, qlobulin, fibrinogen) olduqca azdır (təqr. 6-8 mq). Qanın tərkibi gec həzm olur və ya bağırsağa böyük çətinliklə sovrulur.

Qanın əsas vəzifələrindən biri maddələr mübadiləsinin lazımsız (aralıq və son) məhsullarını (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) toxumalardan çıxarmaqdır. Qan yedikdə həmin lazımsız maddələr insan orqanizminə daxil olur. Qan mikrobların inkişafı üçün əlverişli vasitədir. Mikroblar kəsici alətlər, əllər, hava, milçək və qan tökülən qab vasitəsilə yayılır. Xüsusilə xəstəliyə yoluxmuş heyvanın qanı daha təhlükəlidir (yoluxucu xəstəliklər xüsusi qeyd olunmalıdır).

Qan yedikdə zülalların (protein) parçalanması nəticəsində sidik cövhərinin miqdarı artır və insanın komaya düşməsi ehtimalı çoxalır.

Bəzilərinin fikrincə qan, tərkibində dəmir olduğu üçün yeyilməsi faydalıdır. Lakin bu yanlış fikirdir. Çünki qanın tərkibində olan dəmir üzvi dəmirdir və qeyri-üzvi dəmirə nisbətdə çox böyük çətinliklə həzm olunur.

Şəriətə görə halal heyvanların qaraciyər və dalağını yemək icazəlidir2. Çünki insan orqanizminə lazımi dəmir ötürə bilər. Tibbi baxımdan da bu iki hissənin yeyilməsi maneəsizdir. Elmdə sübut olunmuşdur ki, bu iki üzv bir çox qida maddələri ehtiva etdiyindən olduqca faydalıdır (xüsusi qlikogen, protein və vitaminlər).

Bütün bunlar tibb elmlərinin şəriət hökmlərini tam təsdiq etdiyini aşkara çıxarır”1.

3. Doktor Paknijad yazır:

Qan yeməyin cisimdən çox ruha ziyanı var. Çobanlar daim itlərinin quduzlaşması, şiddət göstərməsi üçün ona qan içirdirlər”2.

Bəzi təfsirçilər yazırlar:

Bu gün artıq elm sübut etmişdir ki, qida məhsulları vəzilərə (endokrin, yaxud sekresiya vəzilərinə) təsir göstərir, nəticədə hormonlar (inkretlər) hasil olur və bu özünü insanın davranışında göstərir”3.
YEKUN

Burada bir neçə məqama diqqət yetirməyi zəruri hesab edirik.

1. İlahi dinlərin vəhyə dayanaraq xəstəliklərin qaynağı olan bu hökmü verməsi fəxr ediləsi bir faktdır. İlahi dinlərin qan yeməyi insanaməxsus qida məhsulları cərgəsindən çıxarması peyğəmbərlərin bəşər sivilizasiyasına göstərdiyi ən böyük xidmətlərdəndir.

2. Qan yeməyin haram olması ilahi peyğəmbərlərin (ə) möcüzələri sırasındadır.

3. Qan yeməyin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlar həmin səbəblərin yalnız bir hissəsidir.

4. Qanla bağlı bir çox məsələlər qaranlıq olaraq qalır və gələcək tədqiqatlar üçün gözəl mövzudur. Misal üçün, axar qanın (دماء مسحوفا) haram və murdar, orqanizmdə qalan qanın isə pak olmasının səbəbləri, qan yeməyin psixi təsirləri (daşürəklilik və s.) aydın deyil. Sırf ehtimal və ya çobanların itləri quduzlaşdırma metodu elmi əsas ola bilməz.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin