İslamdan öncə spirtli içkilərin içilməsi gündəlik adi həyatın bir hissəsini təşkil edirdi.
Çünki insanlar onun törədə biləcəyi xəstəliklərdən xəbərsiz idilər. Tədqiqatımızın nəticəsinə görə şərab ilk dəfə İslamda qadağan olunmuşdur. Belə ki, bu qadağadan sonra İslama doğru etiraz səsləri ucalmağa başladı. Bu hökm bir çoxlarına qəribə gəldi və səbəblərini araşdırmağa başladılar
Quranda və əhli-beytdən (ə) gələn rəvayətlərdə spirtli içkilərlə mübarizə məqsədi daşıyan bir neçə hökm var. Hər növ spirtli içkini içmək haramdır.
Maye halında olan kefləndirici maddələr murdardır (texniki spirt istisnadır).
Spirtli içkilərlə murdar olmuş qab az su ilə (bəzi müctehidlərə görə kürr və axar su ilə də) 3 dəfə yuyulmalıdır (7 dəfə yuyulması isə müstəhəbdir - daha yaxşıdır).
Spirtli içki içdiyi sübut olunan şəxsə məhkəmə tərəfindən 80 qamçı kəsilir.