DƏSTƏMAZ
Dəstəmaz, üzü, iki əli yumaq, başa və ayaqlara məsh çəkməyə deyilir. Müəyyən şəraitdə ibadət sayılır.
İslamda vacib edilən bir çox ibadət və dini ayinlər iki cəhətdən böyük əhəmiyyət daşıyır. Birinci cəhət onun insanı Allaha yaxınlaşdırması, mənəvi yetkinliyi, ikinci cəhət isə ictimai mühitə və ya insanın öz sağlamlığını təmin etməsidir. Namaz, oruc, dəstəmaz, qüsl və s. bu qəbildəndir.
Quranda dəstəmaz haqqında oxuyuruq:
“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun... Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”1
Dostları ilə paylaş: |