Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə57/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   53   54   55   56   57   58   59   60   ...   166

QISA TARİX


İlk baxışdan Yerin düz (hamar) olduğu nəzərə çarpır. Bu ilkin təsəvvür antik dövrlərdən adi insanların əqidəsinə çevrilmişdir. Lakin elm adamları Yerin forması, hansı şəkildə olması haqqında fərqli fikirlər irəli sürmüşlər. Belə fikirlərdən bir neçəsinə nəzər salaq:

1. Anaksimen güman edirdi ki, Yer su üzərinə düşmüş bir qurğuşun parçası kimi fəzada asılı vəziyyətdə qalmışdır. O, düz (hamar) olduğu üçün suyun üzündə qalmışdır. Əgər yığılarsa, suyun təkinə batar.

2. Bəzi qədim kilsə nəzəriyyəçilərinə görə Yer vertikal (şaquli) formada olub, qeyri-müəyyən bünövrələr üzərində bərkidilmişdir.

3. Bəziləri Yerin konusvari olduğunu düşünürdülər. Onun başı yuxarıya, təki isə aşağıya doğrudur. Alt hissəsi sonsuzdur.

4. Anaksimandra görə Yer girdə sütun şəklində idi.

5. Bəziləri Yerin həcmcə kubşəkilli, formaca altı bucaqlı olduğunu düşünürdülər.

6. Bəziləri Yerin dəf şəklində (çalğı aləti) olduğunu düşünürdülər.

7. Bəziləri onun təbil (çalğı aləti) formasında olduğunu güman edirdilər.

8. Heraklit Yeri içi boş gəmiyə bənzədirdi.

9. Bəziləri onu yarımtəbil şəklində təsəvvür edirdilər.

10. Bəziləri onu qalxan şəklində təsəvvür edirdilər.

11. Bəzi yunanlılar düşünürdülər ki, Yer dairəvidir və Yunanıstan onun mərkəzidir.

12. Antik Yunanıstan və İran filosoflarının fikrincə, Yer tam kürəşəkilli, ekvator müstəvisi qütbü ilə paraleldir. Qərbdə bu fikrin yaranması Amerikanın kəşf olunduğu dönəmə təsadüf edir (1492). Bəziləri bu nəzəriyyəni bütün erkən çağ İslam alimlərinə aid etmişlər.

13. Son illər Yerin formasının süni peyklərdə öyrənilməsi göstərmişdir ki, Yerin forması daha mürəkkəbdir, ürəyə (kardioid adlandırılmışdır) oxşayır. Şimal qütbü radiusunda planetimiz qabarıq, cənub qütbü radiusunda isə batıqdır. Bu nəzəriyyə bu gün üçün məşhur nəzəriyyədir. Məntiqi arqumentlər və elmi müşahidələr bunu təsdiq edir1.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin