QISA TARİX
İnsanlar əsrlər boyu Ptolomey təlimlərinə əsaslanaraq ulduzları göyün tavanına vurulmuş mismarlar hesab edirdilər. Lakin Kopernikin astronomik devrimindən və yeni nailiyyətlərdən sonra Yerdənkənar sivilizasiya haqqında düşünməyə başladılar. İnsanların digər göy cisimlərinə səfər etmək arzusu da mövcudluğu fərz olunan Yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaqla bağlıdır.
Asimov “XX əsrin kəşfləri” əsərində yazır:
“Kosmik uçuşlar vasitəsilə əldə etdiyimiz məlumatlar göstərir ki, biz mütləq ulduzları ələ keçirməliyik (onlara səfər etməliyik). Biz mütləq üstündə dostu, düşməni, nəhəngləri daşıyan planet tipli səma cisimlərini təsir altına almalıyıq”1.
İlk insan Aya endikdən sonra bu maraq daha da çoxaldı2. Bu haqda geniş tədqiqat işləri, müşahidələr göstərir ki, yalnız bizim qalaktikada (Ağ yol) 600 həyat mövcud olan səma cismi var. Bu ulduz və planet tipli cisimlərdə Yerdəki həyat formasına, sivilizasiyaya oxşar sivilizasiya mövcuddur. Hesablamalara görə bütövlükdə Kainatda 600 milyon həyat forması olan cisim var.
ABŞ və keçmiş SSRİ astronomunun birgə işləyib hazırladığı “Biz tək deyilik” tədqiqat əsərində göstərilir ki, bizim qalaktikada minimum 1 milyard həyat üçün əlverişli olan (planet tipli) cisim var.
Bir çox astronomlara görə, Yeri Kainatda insan yaşayan yeganə cisim, Yerdəki həyat formalarını isə yaşayışın mümkün vahid formaları hesab etmək olmaz1.
Əbd ər-Rəzzaq Nofel alimlərin Yerdənkənar sivilizasiya haqqında görüşlərini qeyd edir və digər səma cisimlərində həyat olması ehtimalına üstünlük verir2.
Əbd əl-Qəni Yerdənkənar sivilizasiyanın mövcudluğunu üç aspektdən açıqlayır (elm, əql və Quran baxımından).
O, əqli baxımdan fikirlərini belə əsaslandırır: Əgər digər səma cisimlərində həyat mövcud olmasa, bu, Allahın hikmətinə ziddir. Geniş göy cisimləri yaradıb onları boş qoymaq sağlam ağıla müvafiq deyil3.
Elmi baxımdan isə fikrini belə izah edir: Bütün varlıq aləmi (kimyəvi) tərkib, quruluş və ahəngdarlıq baxımından eynidir. Bu göstərir ki, bütün Kainatın vahid yaradıcısı var. Onların ilkin maddəsi eynidir və olarda mövcud həyat forması da Yerdəki həyat forması kimidir. Əgər bu gün alimlər Yerdənkənar sivilizasiyalar haqqında məlumat əldə edə bilməmişlərsə bu, digər səma cisimlərində həyatın mövcud olmaması demək deyil. Ehtimal ki, gələcəkdə digər alimlər yeni texniki imkanlar hesabına planet tipli digər səma cisimlərində həyatın mövcudluğunu sübuta yetirə biləcəklər4.
Dostları ilə paylaş: |