Yer kürəsində ilk insanın (ondan öncə də bitki və heyvanların) mənşəyi daim sual doğuran məsələlərdən olmuşdur.Müqəddəs kitabda (Tövrat) və Quranda bu haqda söhbət açılmış və (suallara) cavab verilmişdir.Dövrümüzdə bioloji elmlərin inkişafı, Jan Batist Lamark (1744-1829) və Çarlz Robert Darvinin (1809-1882) nəzəriyyələri bu bəhsi daha da rövnəqləndirdi. Belə ki, din alimləri və təcrübi elmlər üzrə mütəxəssislər bir-birlərinin baxışlarını tənqid atəşinə tutdular.Bəzi müsəlmanlar təkamül nəzəriyyəsini (transformizm) qəbul edib bunun isbatı üçün müəyyən ayələrə istinad etdilər. Bəziləri isə Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edir və Quranın digər ayələrinə əsaslanırlar. Hətta (zahirən təkamül təlimi ilə uyğun gələn) bəzi ayələri Quranın ecazkarlığının sübutu kimi dəyərləndirmişlər. Biz burada Təkamül və ya Növlərin dəyişməzliyi nəzəriyyəsini rədd və ya isbat etməyi qarşımıza məqsəd qoymamışıq. Çünki bu bizim mübahisə obyektimiz xaricindədir1. Burada hər iki tərəfin Qurana istinadını diqqətinizə çatdıracaq və tənqidi yanaşacağıq.