Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR



Yüklə 1,23 Mb.
səhifə90/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   86   87   88   89   90   91   92   93   ...   166

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR


1. Bütün insanların vahid bir candan yaradıldığını bildirən ayələr.

وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ

Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli), bir də bir əmanət yeri (qəbir) vardır”1.



Bundan başqa “بنی آدم[Bəni-Adəm] (Adəm övladları) deyə müraciət edən ayələrə2 də istinad olunmuşdur.

Ayətullah Meşkini “Növlərin dəyişməzliyi” nəzəriyyəsindən söhbət açarkən Adəmin (ə) Allah tərəfindən yaradılan ilk insan olduğunu, sonra Həvvanın yaradıldığını və digər insanların isə bu iki nəfərdən törətdiklərini bildirir.

O, yazır:

“Bu nəzəriyyənin isbatı üçün istinad olunan ayələr bütün insanların vahid candan (bir fərddən) yaradıldığını bildirən ayələrdir. Bəzi ayələrdə isə onun cütü də yad edilmişdir. Bunun Həvva olduğu şübhəsizdir”.

Ənam surəsinin 98-ci ayəsini izah edərkən yazır:

Ayədən məqsəd budur ki, Allah sizi Adəmdən yaratmışdır. Bəziləriniz hələ atalarınızın belində (مستقر), bəziləriniz isə Qiyamətə qədər qəbirlərdə əmanət olaraq (مستودع) saxlanılırsınız”.

Onun qənaətincə birinci izahı da qəbul etsək, Növlərin təkamülü nəzəriyyəsi ilə heç bir ziddiyyət təşkil etmir. Ehtimal ki, bütün insanlar Adəm (ə) və Həvvadan yaradılmışlar. Onlardan öncə də varlıqlar olmuş, lakin onların nəsli tükənmişdir. Bu arada seçilmiş nəsil, yəni yetkin zəkaya malik Adəm nəsli qalmışdır1.

Ayətullah Məkarim Şirazi “نفس واحدۃ [nəfsin vahidə] ifadəsi haqqında yazır:

Ayələrdə “نفس واحدۃ [nəfsin vahidə] ifadəsindən məqsəd vahid şəxsdir. O, Quranın bugünkü insanların atası kimi təqdim etdiyi Adəmdir (ə). Bir çox ayələrdə sözü keçən “بنی آدم [Bəni-Adəm] ifadəsi də buna işarədir. Növ baxımından vəhdət ehtimalı isə zəif ehtimaldır”2.
YEKUN

نفس[nəfs] Quran ayələrində ruh və can (bəzən də insanın orqanizmi) mənalarını ifadə edir3. Ayətullah Meşkininin fikirlərini (“نفس-dən məqsədin insandan öncəki varlıqlar olması fikrini) qəbul etsək, ayənin iki izahı olduğu anlaşılacaq. Biri bütün insanların Adəmdən (ə) törəməsi, digəri isə Adəm (ə) və digər insanların özlərindən öncə mövcud olmuş varlıqlardan törəməsi. Birinci izah “Növlərin dəyişməzliyi”, ikinci izah isə “Növlərin təkamülü” nəzəriyyəsi ilə uyğun gəlir. Deməli, heç bir izahı ayələrin tam şərhi hesab etmək olmaz.

2. Adəmin (ə) torpaqdan yaradıldığını bildirən ayələr.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin