Referat Mövzu: Elektron Marketinq Plan: Elektron marketinqin fəaliyyət sahələri


İstehlakçı -İstehlakçı elektron ticarəti (Consumer to Consumer C2C)



Yüklə 76,7 Kb.
səhifə4/10
tarix10.01.2022
ölçüsü76,7 Kb.
#109458
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
İstehlakçı -İstehlakçı elektron ticarəti (Consumer to Consumer C2C).
İstehlakçılar arasında elektron ticarət C2C və kommunikasiyalar maraqlı tərəflərin geniş həcmdə məhsul və subyektlər ilə bağlı elektron səhifələrdə əlaqə yaratması zamanı meydana gəlir. Bəzi hallarda Internet istehlakçıların mal almaq və mübadilə etmək və ya bir-birinə birbaşa məlumat vermək üçün ideal vasitə olur. Məsələn, “eBay”, “Amazon.com”, “Auctions” və digər elektron səhifələr demək olar ki, bütün növ məhsullar (incəsənət, antik, xırda pullar, ştamplar (möhür) və zərgərlik məmulatlarından tutmuş, kompüter və elektron avadanlıqlara qədər hər şey) nümayiş etdirmək və satmaq üçün çox istifadə olunan bazar məkanı təklif edirlər. “eBay”-ın elektron ticarət şəbəkəsində 42 milyondan artıq istifadəçi qeydiyyatdan keçmişdir və keçən il onlar 15 milyard dollar dəyərində alver etmişlər. Hər gün şirkətin elektron səhifəsində 16 milyon məhsulun siyahısı 27000-dən artıq kateqoriyada hərraca çıxarılır. “eBay”, həmçinin Yaponiya, İngiltərə,

Almaniya da daxil olmaqla müxtəlif xarici ölkələrdə hərrac ilə bağlı elektron səhifələri idarə edir. C2C elektron ticarəti nəzərdə tutan bu tip elektron səhifələr yerli bazarlardan və ya qəzetlərdə dərc olunan kateqoriyalarla (yeri gəlmişkən, indi bu qəzetlər də online xidmətindən istifadə edirlər) müqayisədə əhaliyə daha geniş auditoriya ilə əlaqə yaratmaq imkanı verir.

Digər hallarda, C2C elektron ticarətə forumlar və İnternetdəki xəbər qrupları vasitəsilə xösusi qrupların maraqlarına yönəldilən məlumatların mübadiləsi daxildir. Bu tip fəaliyyət kommersiya və ya qeyri-kommersiya məqsədləri güdə bilər. Ödənişli online xidmətlərində müəyyən məsələlər ilə bağlı müzakirələr aparan qruplar (məsələn, “AOL”, “CompuServe” ) forumlar təşkil edirlər. Forumlar mesaj mübadiləsini və hətta, təsnif edilmiş reklam 'həlumatlanm aşkar etmək üçün kitabxana, “chat (söhbət)” otaqları formasında yaradıla bilər. Məsələn, “AOL” özünün 14000 “chat” otaqları ilə fəxr edir. O, həmçinin, üzvlərin online-da olduğu zaman onlan xəbərdar edən və sürətli mesaj mübadilələri aparan “dost siyahılan” tərtib etmişdir.

Xəbər qrupları forumların İnternet versiyasıdır. Buna baxmayaraq, bu tip qruplarda nəinki kitabxana və konfransların keçirilməsi, hətta insanlara xüsusi mövzularda mesajlar göndərmək və oxumaq da məhdudlaşdınhb. Internet istifadəçiləri abunə olmadan xəbər qruplarında iştirak edə bilər. Sağlamlığa xeyri olan yeməklərdən, cırtdan ağaclardan tutmuş, antik maşın kolleksiyalarının toplanmasına və ya nümayiş olunan ən son opera ilə bağlı fikir mübadilələrin aparılmasına qədər demək olar ki, hər mövzuda bir-biri ilə söhbət edən on minlərlə xəbər qruplan vardır.

İstehlakçılar arasında elektron ticarətdə online ziyarətçüəri məhsul haqqında informasiyalan istehlak etməklə yanaşı, onu həm də yaradırlar. Onlar informasiyalan paylamaq üçün Internet qruplara qoşulurlar. Mühüm alver gücü kimi onlar “Web" kəlməsini həm də “şaiyə” kimi başa düşürlər. Uğurlu şirkətlər və məhsullar haqqında söylənilən şaiyələr sürətlə yayılır. Uğursuz şirkət və məhsullar haqqında söylənüən şaiyələr isə birincidən fərqli olaraq daha da sürətlə yayılır. Bir çox elektron səhifələr, o cümlədən “eComplaints.com”, “ConsumerReview.com” və “BadDeaIings.com” səhv addım ataraq istehlakçılar üçün forumlar təşkil etməmişdir. Bununla da şirkət istehlakçıların şikayətlərini dinləmək və məhsul və xidmətlər haqqında onlarla fıkir mübadiləsi aparmaq imkanından məhrum olmuşdur.


Yüklə 76,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin