Referati 2023 Mündəricat Xülasə Giriş Əsas hissə


Günəş enerjisi potensialı



Yüklə 55,43 Kb.
səhifə5/5
tarix09.12.2023
ölçüsü55,43 Kb.
#138516
növüReferat
1   2   3   4   5
Hüseynova Münəvvər

Günəş enerjisi potensialı
Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kVt·st təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavattdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir.
Külək enerjisi potensialı
Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. “Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 m/s-ə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir.
Geotermal enerji potensialı
Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3 093 m3 /gün, Şuşada isə 412 m3 /gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcəkdir. 
Daş kömür ehtiyatı
Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8.5 milyon ton daş kömür ehtiyatı vardır.

Nəticə

"İşğaldan azad olunmuş ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi məqsədi ilə günəş və külək elektrik stansiyalarının tikilməsi, yararsız hala salınmış kiçik su elektrik stansiyalarının (KSES) bərpası, o cümlədən yeni kiçik və böyük həcmli su elektrik stansiyalarının inşası, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması və küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi kimi tədbirlər öz əksini tapıb. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcək


Yüklə 55,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin