Rəhman, RƏHİm allahin adi iLƏ!



Yüklə 23,89 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü23,89 Kb.
#109762
1   2   3   4
Müəllif: Əllamə Burqui

Mütərcim: Xəyyam Qurbanzadə

QURANDAN DUALAR

Ey Rəbbim, məni Sənə təslim olan qıl və nəslimdən də Sənə təslim olan övladlar meydana çıxart. Tövbəmi qəbul et. Həqiqətən, Sən Təvvabsan (tövbələri qəbul edənsən), Rəhimsən!

Ey Rəbbim, bizdən qəbul et, Sən, həqiqətən, Eşidənsən, Bilənsən!

Ey Rəbbim, mənə dünyada da, axirətdə də gözəllik ver və məni atəşin əzabından qoru!

Ey Rəbbim, mənə bolluca səbir ver, üzərimə səbir yağdır, məni sabitqədəm et və kafir qövmə qarşı mənə yardım et!

Ey Rəbbim, unutsam və yanılsam, məni cəzalandırma! Ey Rəbbim, məndən əvvəlkiləri yüklədiyin kimi, məni çətin vəzifələrlə yükləmə! Ey Rəbbim, məni gücüm çatmayan şeyə mükəlləf etmə! Məni əfv et, məni bağışla, mənə rəhm et! Sən mənim Mövlamsan. Kafir qövmə qarşı mənə yardım et!

Ey Rəbbim! Məni hidayət etdikdən sonra qəlbimi (haqqdan) döndərmə, ürəyimə şəkk-şübhə salma! Mənə Öz tərəfindən bir rəhmət bəxş et, çünki Sən, Vəhhabsan (rəhmət bəxş edənsən)!

Ey Rəbbim, mən, həqiqətən, iman gətirdim. Mənim günahlarımı bağışla və məni atəşin əzabından qoru!

Ey Rəbbim, nazil etdiyinə iman gətirdim və Rəsula (Elçiyə) tabe oldum. Artıq məni haqqa şahid olanlarla bir yerdə yaz!

Ey Rəbbim, etdiyim günahlara və işlərimdə həddi aşdığıma görə məni bağışla! Məni sabitqədəm elə və kafir qövmə qarşı mənə yardım et!

Ey Rəbbim, günahlarımı bağışla, pis əməllərimin üstünü ört və canımı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbim! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə məni rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!

Ey Rəbbim, məni əhalisi zalım olan bu şəhərdən kənara çıxart, mənə Öz tərəfindən mühafizəçi (gözətçi) göndər, yardımçı yolla!

Ey Rəbbim, mən iman gətirdim, məni haqqa şahid olanlarla bir yerə yaz!

Ey Rəbbim, mən özümə zülm etdim. Əgər məni bağışlamasan, rəhm etməsən, mən, şübhəsiz ki, ziyana uğrayanlardan olaram!

Ey Rəbbim, məni zalımlarla bir etmə!

Ey Rəbbim, üzərimə səbir yağdır və məni müsəlman olaraq öldür!

Ey Rəbbim, məni zalım qövmün fitnəsinə uğratma, onların basqı və şiddətinə məruz qoyma! Məni zalım tayfanın əlində sınağa çəkmə! Və məni Öz rəhmətinlə kafir qövmün əlindən xilas et!

Ey Rəbbim, Sən mənim gizli saxladığım və aşkar etdiyim hər şeyi – bütün gizli və aşkar əməllərimi bilirsən. Yerdə də, göydə də Səndən gizli heç bir şey qalmaz!

Ey Rəbbim, məni də, nəslimdən olanları da vaxtlı-vaxtında, davamlı namaz qılanlar et. Ey Rəbbim, duamı qəbul buyur! Ey Rəbbim, haqq-hesab çəkilən gün (qiyamət günü) məni, valideynlərimi və möminləri bağışla!

Ey Rəbbim, mənə Öz dərgahından mərhəmət bəxş et və işimə fərəc ver, işimi asanlaşdır!

Ey Rəbbim, mən iman gətirdim. Artıq məni bağışla, mənə rəhm et. Sən rəhm edənlərin ən xeyirlisisən!

Ey Rəbbim! Cəhənnəm əzabını məndən uzaqlaşdır. Şübhəsiz ki, onun əzabı çox çətin və acıdır!

Ey Rəbbim, mənə göz aydınlığı olacaq – bizi sevindirəcək zövcələr və nəsillər ver və məni müttəqilərə imam et!

Ey Rəbbim, Sənin rəhmətin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yoluna tabe olduğum üçün məni bağışla, məni cəhənnəm əzabından qoru! Ey Rəbbim, mənim özümü də, atamı, zövcəmi və nəslimdən əməlisaleh olanları da bizə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən Əzizsən (yenilməz qüvvət sahibisən), Həkimsən (hikmət sahibisən)! Bizi pisliklərdən qoru. O gün pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş budur!

Ey Rəbbim, məni əzabdan qurtar. Mən artıq iman gətirmişəm!

Ey Rəbbim, məni və məndən əvvəl iman gətirmiş qardaşlarımı bağışla. Mənim qəlbimdə iman gətirənlərə qarşı kin-küdurətə yer vermə. Ey Rəbbim, Sən, həqiqətən, Rəufsan (mehribansan), Rəhimsən (mərhəmətlisən)!

Ey Rəbbim, mən ancaq Sənə təvəkkül etdim, tövbə edib ancaq Sənə tərəf qayıtdım. Axır dönüş də ancaq Sənin hüzurunadır. Ey Rəbbim! Məni kafirlərin əli ilə sınağa çəkmə! Məni bağışla! Ey Rəbbim! Həqiqətən, Sən Əzizsən (yenilməz qüvvət sahibisən), Həkimsən (hikmət sahibisən)!

Ey Rəbbim! Nurumu mənim üçün tamam-kamal elə və məni bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!

Ey Rəbbim, yaşadığım şəhəri təhlükəsiz və asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə iman gətirənlərinə cürbəcür meyvələrdən ruzi ver!

Ey Rəbbim! Mənə Öz tərəfindən pak bir övlad, nəvə-nəticələr bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!

Məni də, qardaşımı və bacımı da bağışla. Bizi Öz rəhmətin altına al. Axı Sən rəhm edənlərin ən rəhmlisisən!

Ey Rəbbim! Haqqında heç bir elmə malik olmadığım bir şeyi Səndən istəməkdən Sənə pənah aparıram. Əgər məni bağışlamasan və mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!

Ey Rəbbim, bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə ibadət etməkdən uzaq elə!

Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!

Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara – valideynlərimə rəhm et!

Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir və dilimdəki düyünü aç!

Ey Rəbbim! Mənim elmimi artır!

Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən xeyirlisisən!

Ey Rəbbim! Məni yalançı hesab edənlərə qarşı mənə kömək et!

Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən xeyirlisisən!

Ey Rəbbim! Məni zalım tayfanın içinə qoyma!

Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından da Sənə pənah gətirirəm!

Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!

Ey Rəbbim! Mənə doğru bir mühakimə qabiliyyəti (hökm və hikmət) bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı anılma qismət elə! Məni Nəim cənnətinin varislərindən et!

Ey Rəbbim! Mənimlə məni təkzib edənlər arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!

Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün qüvvət ver! Və məni Öz rəhmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!

Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!

Ey Rəbbim! Məni zalım tayfanın əlindən qurtar!

Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!

Ey Rəbbim! Fitnə-fəsad törədənlərə qarşı mənə yardım et!

Ey Rəbbim! Mənə salehlərdən olacaq övlad, nəvə-nəticələr bəxş et!

Ey Rəbbim! Mənə Öz nəzdində – Cənnətdə bir ev tik!

Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!

Ey Rəbbim! Məni, valideynlərimi, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!




Yüklə 23,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin