Request for Quotation (rfq)


sentyabr 2020-ci il, yerli Bakı vaxtı ilə saat 18:00



Yüklə 75,86 Kb.
səhifə3/10
tarix10.01.2022
ölçüsü75,86 Kb.
#109874
1   2   3   4   5   6   7   8   9   10
10 sentyabr 2020-ci il, yerli Bakı vaxtı ilə saat 18:00

Bütün sənədlər, o cümlədən xidmət kataloqları, əməliyyat planları bu dildə olmalıdır

✔ İngilis və ya Azərbaycan

Əlavələr İngilis dilində təqdim edilməlidir.

Dəstəkləyici sənədlər və standart qeydiyyat sənədləri İngilis, Azərbaycan və Rus dillərində verilə bilər.


Üstünlük verilən dil

BMTİP bu Kotirovka Sorğusunu Azərbaycan dilində də qeyri-rəsmi tərcümədə dərc edəcəkdir. İngilis və Azərbaycan mətnləri arasında hər hansı kənarlaşma və ya uyğunsuzluq olarsa, İngilis dilinə üstünlük veriləcək.

Təqdim olunacaq sənədlər






✔1 saylı Əlavədə təqdim olunan tələblər siyahısına uyğun olaraq, 2 saylı Əlavədə təqdim olunan və düzgün doldurulmuş Forma;

✔BMT-nin Təhlükəsizlik Şurasının 1267/1989 saylı siyahısına, BMT-nin Satınalma Bölməsinin Siyahısına və ya BMT-nin Yararsızlıq Siyahısına daxil olmama barədə yazılı bəyannamə;



✔ Sertifikatlar (varsa)

✔ Lot 1 üçün oxşar (həcmi və xarakterinə görə uyğun olan) malların təchizatında və çatdırılmasında ən azı 2 illik təcrübə və ya oxşar (həcmi və xarakterinə görə uyğun olan) malların təchizatında və çatdırılmasında tamamlanmış və ya icrada olan müqavilələr üzrə ən azı 150,000 ABŞ dolları həcmində illik dövriyyə və 18 ay təcrübə; Lot 2 üçün oxşar (həcmi və xarakterinə görə uyğun olan) malların təchizatında və çatdırılmasında ən azı 2 illik təcrübə və ya oxşar (həcmi və xarakterinə görə uyğun olan) malların təchizatında və çatdırılmasında tamamlanmış və ya icrada olan müqavilələr üzrə ən azı 10,000 ABŞ dolları həcmində illik və 18 aylıq təcrübə;

✔ Oxşar (həcmi və xarakterinə görə uyğun olan) sifarişin icrasına dair tərəfdaş təşkilatlardan / şirkətlərdən ən azı iki arayış məktubu / müqaviləsi.

✔ Təklif olunan malların texniki spesifikasiyaları. İstixanaların ətraflı təsviri və dizaynı verilməlidir. Avadanlıq üçün, modelləri, istehsalçı adları, texniki spesifikasiyaları verilməlidir. Bütün avadanlıq yeni, ixtisaslaşmış istehsalçılardan olmalıdır.

✔ Bakı, Azərbaycanda texniki xidmət mərkəzlərinin olmağına dair yazılı təsdiq, ünvanlar göstərilməklə

✔ Zəmanət şərtləri ilə uyğunluq, zəmanətin Azərbaycanda göstərilməsi şərti ilə

✔ Malların idxal/ixracı üçün lisenziyanın alınmasına, malların mənşə ölkəsinə dair, habelə malların istifadəsi və ya ikili istifadəsinə, o cümlədən son istifadəçilərə verilməsilə dair hər hansı qadağanın olub-olmamasına dair bəyanat.


Təqdim olunma tarixindən başlayaraq, qiymətlərin qüvvədə olma müddəti



✔ 90 gün

BMTİP müstəsna hallarda Satıcıdan qiymət kotirovkasının qüvvədə olma müddətini bu sorğuda göstərilən ilkin müddətlə müqayisədə uzatmağı xahiş edə bilər. Bundan sonra Satıcı kotirovka sorğusuna hər hansı dəyişiklik etmədən bu uzadılmanı yazılı şəkildə təsdiq etməlidir.



Qismən qiymət təklifləri




✔ İcazə verilir. Təchizatçı təklifini bir və ya iki lot üçün təqdim edə bilər. Hər lot üçün verilən qymətlər həmin lota daxil olan 100% malları əhatə etməlidir.

Ödəniş şərtləri




✔Hər sifariş üzrə bütün avadanlıqlar çatdırılandan, quraşdırılandan və BMTİP tərəfindən təhvil alınandan sonra ediləcək. Sifarişin 19%-dan artıq olmayan məbləğdə avans ödənişi təqdim edilə bilər. Bu məbləğ 30,000 ABŞ dolları və ya daha yuxarı olduğu halda avans ödəniş üçün bank qarantiyası Təchizatçı tərəfindən təqdim edilməlidir.

Əvəzləşdirilən zərərlər



Maksimum 1 təqvim ayınadək, hər gecikən gün üçün müqavilə dəyərinin 0.5%-i. Bu müddətdən sonra müqaviləyə xitam verilə bilər.

Qiymətləndirmə meyarları

[aid olanların hamısını nişanlayın]

  • Texniki uyğunluq/Tələblərə tam əməletmə və ən aşağı qiymət

  • Alış Sifarişi/Müqavilənin Ümumi Şərtlərinin tam qəbulu

BMTİP aşağıdakı ilə müqavilə bağlayacaq:





✔ Bir və ya daha çox Təchizatçı, aşağıdakı amillər nəzərə alınmaqla:

Hər lot üzrə müqavilə ən aşağı qiymət təklifi verən, texniki və digər sərtlərə cavab verən təklif təqdim edən, bütün ixtisas tələblərinə cavab verən Təchizatçılara təltif ediləcəkdir. Qiymət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün göstərilmiş ehtimal edilən saylar əsas götürüləcəkdir.



İmzalanacaq müqavilənin növü





BMTİP-ə malların və/yaxud xidmətlərin təqdim olunması üçün müqavilə

http://www.undp.org/content/undp/en/home/procurement/business/how-we-buy.html

Müqavilənin

Xüsusi Şərtləri


✔ Çatdırma/tamamlama 30 təqvim günü yubandıqda Alış Sifarişinin/Müqavilənin ləğv edilməsi



Ödənişin edilməsi üçün şərtlər

✔ Kotirovka sorğusunun tələblərinə tam əməl etməklə malların yazılı təhvil-təslim aktı

Bu kotirovka sorğusunun əlavələri



  • Texniki spesifikasiyalar (Əlavə 1)

  • Kotirovkanın təqdim olunması üçün forma (Əlavə 2)

  • Ümumi Şərtlər / Xüsusi Şərtlər (Əlavə 3)

Ümumi Şərtlərin qəbul edilməməsi bu satınalma prosesindən kənarlaşdırma üçün əsas təşkil edir.



Suallar üçün əlaqədar şəxs:

(Yalnız yazılı suallar)


Rövşən Bədəlov,

rovshan.badalov@undp.org , surəti Procurement.aze@undp.org


Yüklə 75,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin