|
O (ardınca). Əlvida!..
Birinci Mən
|
səhifə | 34/59 | tarix | 04.01.2022 | ölçüsü | 310,52 Kb. | | #55533 |
| O (ardınca). Əlvida!..
Birinci Mən. Sən onu sevirdin.
İkinci Mən. İndi bunun heç bir önəmi yoxdur.
Birinci Mən. Sən onun həyatını məhv elədin.
İkinci Mən. Boş şeydir. Yadına gəlirmi o, azad məhəbbətdən necə rəğbətlə danışardı?
Üçüncü Mən. Sən onu atıb getməsəydin belə, inanmıram, onu öz düşüncələrini çəkindirə biləydin.
İkinci Mən. Hökmən belə olacaqdı.
Birinci Mən. Sən nə üçün ona, barı az da olsa, sözün düzünü demədin?
İkinci Mən. Sənin ona bunları deməyə haqqın yox idi.
Üçüncü Mən. Belə sözləri kimə gəldi açıb demək çox qorxuludur. Bir də o, indi hansı pisliyi desən eləyə də bilər.
Birinci Mən. Mən demirəm ki, ona açıb bütün faktları danışaydın. Barı onun sənin haqqında sonuncu illüziyasını dağıtmayaydın.
Dostları ilə paylaş: |
|
|