RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə51/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
Üçüncü Mən. Sənin yanına gələn var.

Nişanlı qız. Axır ki, səni görə bildim. Harda qalmısan? (Çox tez-tez, demək olar nəfəsini dərmədən danışır.) Dünən harada idin? Mən daha sual verməkdən hamının zəhləsini tökmüşəm, o haradadır? o haradadır? Ancaq heç kim də sənin yerini bilmir. Mən bir neçə dəqiqiəlik qaçıb gəlmişəm. İlahi, bilsən, bu müsəlman qayda-qanunları məni necə bezdiribdir. Hər addımına göz qoyurlar. Mənim buraya gəlməyim pis çıxmadı ki? Onlar elə bilirlər mən yatmışam... Mən səni görməkdən özümü saxlaya bilmədim. Mənə elə gəldi ki, sən bu gün də gəlməyəəcksən. Yaman qorxdum. Sən bu ingilis zabitləri ilə bağlı dəhşətli əhvalatı eşitmisənmi? Nə böyük alçaqlıq eləyiblər! Evli ola-ola, burada başqalarını aldadıb onlarla da evləniblər! Onlar bizə vəhşi bi xalq kimi baxırlar... Atam işlərin gedişindən çox narahatdır. Ona kimsə deyib ki, bolşeviklərin bütöv bir ordusu Bakıya yaxınlaşır. Başımıza nələr gələcək? Adam düşünəndə lap dəhşətə gəlir. Nə yaxşı ki, səni görə bildim, sənin toxdaqlığın məndə gələcəyə arxayınçılıq yaradır. Səninlə olanda mənim üçün heç nə qorxulu deyil. Deyirəm, nə yaxşı oldu, tale bizim yollarımızı birləşdirdi... (Başını onun sinəsinə qoyur.) Səndən bir söz soruşmaq olar? Mənim üçün ağırdır bunu soruşmaq. Ola bilsin mən gərək heç bunu səndən soruşmayam. Ancaq elə vəziyyət yaranıb ki... Bizimkilər şey-şüylərini yığıb qaçmağa hazır dayanıblar. Atam acığından bilmir neyləsin. Anam özünü didib dağıdır... Hamı gözünü mənə dikib baxır, elə bil ki, mən nəsə bilirəm. Ancaq mən də onların bildiyindən artıq heç nə bilmirəm. Sən başa düşürsənmi mən nəyi deyirəm? Sən allah, məni bağışla, ancaq atam elə buna görə də çıxıb ketməyi qət eləyə bilmir. Səndən soruşmağa isə üzü gəlmir...


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin