RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni


O. Elə bir gün olmaz ki, mən səni düşünməyəm, ana... Ana



Yüklə 310,52 Kb.
səhifə54/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   51   52   53   54   55   56   57   58   59
O. Elə bir gün olmaz ki, mən səni düşünməyəm, ana...

Ana. Sən nə üçün hamının yanında ona sözün düzünü demədin?!. Sənə mən təhsil vermişdim, o adam yox! Özünü millət atası adlandıran o adama, mən bütün borclarımızı son qəpiyinəcən qaytarmışdım. Ola bilsin, o kiməsə oxumağa kömək eləyib ondan pul almayıbdır, ancaq sən ondan oxumaq üçün aldığın pulları qəbz verib almışdın axı. Mən sənin ona olan borclarını ödəməyi özümün namus borcum bilmişdim ki, sən heç kimin qarşısında gözükölgəli olmayasan... O başqalarının gözü qabağında sənə təhsil verdiyini deyəndə sən niyə susub bir söz demədin? Sən ki bilirdin, mən onun pullarını qaytarmışam.

O. Ana, o anlarda mən bunu deyə bilməzdim. Bunu desəm işlər korlana bilərdi.

Ana. Sənin rəhmətlik atan böyük adam deyildi, ancaq heç kimin qarşısında əyiməzdi. Kim olursa olsun!

O. Bağışla məni, ana... Elə vəziyyətlər olur, sən ancaq özündən asılı olmursan... Ona görə də istədiyini eləyə bilmirsən...

Ana. Başa düşürəm, oğlum, sən çox şeyi mənə danışa bilmirsən. Sən yaxşı işlərə qoşulmusan, ona görə də sənin gördüyün bütün işlərin də yaxşılığa qulluq elədiyinə inanıram. Özünü üzmə, görünür belə də olmalıymış. Sənin yoldaşlarından çoxu gəlmişdi. Mənim ölümümdən sonra qoyub getdiyim pul da hər şeyə çatdı, hələ ehsanıma plov verməyə də yetdi.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin