RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə55/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   51   52   53   54   55   56   57   58   59
O. Elədir, ana.

Ana. Xoşbəxt ol, oğlum!.. (Gedir.)

Birinci Mən. O, səni bağışladı, sən özün necə, özünü bağışlayırsanmı?

O. (kəskin bir tərzdə). Bəsdir. (Saatına baxır.) Getmək vaxtıdır. (Ultimatum yazılan kağızı götürüb qapıya sarı yönəlir.)
Üçüncü Mən birdən yerindən qalxıb onun yolunu kəsir.
O (təəcüblə) Bu nə deməkdir?

İkinci Mən (istehza ilə). Bunu gözləmək olardı. Sən öz şübhələrinlə təhlillərinə olduqca çox vaxt ayıranda, onlara bu qədər azadlıq verəndə, bunun nə ilə qurtara biləcəyini də düşünməliydin.

O (Birinci Mənə). Sən bu ultimatumu verməyə mane olmaqmı istəyirsən?

Üçüncü Mən. Bəli.

O. Nə üçün axı?

Üçüncü Mən. Sən həyatını çox böyük risqə atırsan.

O (Birinci Mənə). Mən partiyanın tapşırığını yerinə yetirirəm! Bu ultimatumu birlikdə müsavat parlamentinə vermək üçün yoldaşlarım məni gözləyirlər. Mən onların yanına necə getməyə bilərəm?

Üçüncü Mən. Başa düş. Bu özünü ölümün ağzına atmaqdır. Onlar sizi yerinizdəcə güllələyəcəklər.

O. Məni yoldaşlarım gözləyir. Nə olursa olsun, mən onlarla bir yerdə olmalıyam. Yolumdan çəkil görüm.

Üçüncü Mən (qorxusunu dəf eləyərək). Yox, buraxmaram.

O. Sən təhlükəni şişirdirsən. Bir saat bundan qabaq hərbi dəniz donanması, bizə sədaqətli olan adamların başçılığı ilə, sahilə yaxınlaşıb toplarını müsavat hökuməti ilə parlamentinin yerləşdikləri binalara tuşlayıbdır. Radiostansiya artıq ələ keçirilib. Müsavat ordusunun bir hissəsini də biz təbliğatla öz tərəfimizə çəkə bilmişik.

Üçüncü Mən. Onlara sadiq qalan ordu, sizin kimi silahsız nümyəndə heyətini o dünyayay göndərməyə bəs eləyər.

O. Mən burada bayaqdan işimizin xeyrinə və zərərinə olan bütün dəlilləri diqqətlə götür-qoy elədim. Bütün suallara cavab tapıldı, bütün şübhələr aradan qaldırıldı. Çəkil mənim yolumdan.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin