RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni


Kiçik qız. Bizim nə günahımız var? Birinci qonşu



Yüklə 310,52 Kb.
səhifə8/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
Kiçik qız. Bizim nə günahımız var?

Birinci qonşu (arvadına). Nisəxanım da orada idi?

Arvad. Hə.

Kiçik qız. O, mənim başımı sığalladı.

Birinci qonşu (böyük qızına üz tutur). Sən niyə danışmırsan?

Böyük qız (çox qəmli). Mənə baxan yox idi.

Birinci qonşu. Eyb etməz. Allah qoysa sənə də baxarlar. Sənin kimilərlə də evlənənlər olur.

Böyük qız. Kaş ki, qocadan-zaddan olmasın ancaq...

Birinci qonşu. Yaxşı, daha bəsdir. Keçin evə. (arvadına.) Sən də gir içəri.
Qızlar evə keçirlər.
Arvad. Sənə nə gəlib bu gün, yaman acıqlısan?

Birinci qonşu. Mən acıqlı deyiləm, qayğılıyam.

Arvad. Nə baş verib?

Birinci qonşu. O qədər söz var, hansını danışasan? O bir olan allaha dua eləyirəm—qalan ömrümü sakitçiliklə yaşamağa yol açsın. Heç nə istəmirəm, nə pul, nə hakimiyyət, təki ölümdən, xəstəlikdən uzaq olaq. Bir də nə olaydı, nəvələrimi qucağıma alan günü görəydim.

Arvad. Allah qoysa, nəvə də görəcəksən, az qalıb.

Birinci qonşu. İnşəallah!
Küçəylə üç kişi yaxınlaşır: onlardan ikisinin böyürlərindən silah asılıb, sinəsi gilizlı çərkəzi geyimdədirlər, buxara papaq qoyublar; üçüncüsü—tünd rəngli avropa kostyumundadır, başına qazançaya oxşayan qırağı ensiz şlyapa qoyubdur. Onlar ayağını isti suya qoyan Birinci qonşuya yaxınlaşırlar. Buxara papaqlılar özlərini çox ötkəm aparırlar, ancaq “qazanpapaqlı” özünü çox ehtiyatlı və şübhəli aparır.
Birinci qonşu (arvadına). Sən keç evə.
Arvadı gedir.
Qazanpapaq (yavaş səslə). Sənin kirayənişinin gəlib çıxmadımı?

Birinci qonşu (tələsik stuldan qalxır, ancaq ayaqları su dolu ləyənin içində qalır). Yox. Bu gün ikinci gün olar, gəlmir.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin