tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 235. Əsasən, neft sənayesi müəssisələri (obyektləri) hansı yanğın siqnalizasiya qurğuları ilə təchiz
olunmalıdır?
A) Şüa ilə idarə olunan siqnalizasiya
B) Pnevmatik siqnalizasiya
C) Əl ilə qoşulan siqnalizasiya
D) Avtomatik siqnalizasiya
E) Aralıdan idarə olunan siqnalizasiya
Testin çətinlik dərəcəsi: Orta
İstinad: AZFHN, SİTGDNDA, AZDƏMTTETİ "Neft, qaz və neft kimya sənayesində Yanğın
təhlükəsizliyi Qaydaları", B A K I - 2011, səh.148
236. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar kim tərəfindən təsdiqlənir?
A) Müəssisənin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərəfindən
B) Müəssisənin rəisi tərəfindən
C) Sahə rəisi tərəfindən
D) Baş mühəndis və Həmkarlar İttifaqı Komitəsi tərəfindən
E) Müəssisənin İnsan Resursları Departamenti tərəfindən
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu
tərəfindən işlənilmiş Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə
Sistemi.
237. Kimyəvi maddələrin orqanizmə daxil olma yolları hansılardir? Tam doğru cavabı müəyyən
edin.
A) Tənəffüs orqanları, ağız boşluğu, dəri və selikli qişalar
B) Yalnız tənəffüs orqanları və selikli qişa ilə
C) Yalnız həzm orqanları və saç dibləri vasitəsilə
D) Dəri, ağız boşluğu və selikli qişalardan
E) Dəri və həzm orqanları vasitəsilə
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.330
238. Balonlar nizamla üst-üstə yığılarkən onların hündürlüyü neçə m-dən çox olmamalıdır?
A) 1.5
B) 1.8
C) 2
D) 2.2
E) 1
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neft-kimya sənayesində təzyiq altinda işləyən qablarin quruluşu və texniki
təhlükəsizlik qaydalari, Bakı 2016, səh.71