tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 239. Müəssisədə iş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə
bu
zaman işçilərə hansı təlimat keçirilməlidir?
A) Təkrar təlimat
B) İlkin təlimat
C) Birdəfəlik təlimat
D) Növbədənkənar təlimat
E) Giriş təlimat
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
240. Zərərli və təhlükəli tullantı saxlanılan qabların üzərində olan yazılar:
A) İstehsal edən ölkə, şəhər, zavod və çəkisi, qablaşdırıldığı tarix
B) Tullantının adı, təhlükəlilik xüsusiyyəti, aqreqat halı, çəkisi, qablaşdırıldığı tarix
C) İstehsal edən zavod, şəhər və tullantının adı
D) Qabın eni, uzunu, hündürlüyü və tullantının adı
E) Tullantının növü, rəngi, ağırlığı, miqdarı və aqreqat halı
Testin çətinlik dərəcəsi: Orta
İstinad: AR NK-nin 2016-cı il 14 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmişdir. Təhlükəli
tullantıların saxlanılması Qaydaları
241. Hansı yaş həddinə çatmamış işçilərin müəssələrdə işləmələrinə yol verilmir.
A) 18 yaşadək olan uşaqlar
B) 15 yaşadək olan uşaqlar
C) 16 yaşadək olan uşaqlar
D) 19 yaşadək olan uşaqlar
E) 17 yaşadək olan uşaqlar
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 430
242. Hansı temperaturda odsöndürənlər qızdırılan otaqlara keçirilməli və orada “Odsöndürənlər
buradadır” sözləri yazılmış löhvə asılmalıdır?
A) Temperatur müsbət 1oC-dən aşağı olduqda
B) Temperatur mənfi 4oC-dən aşağı olduqda
C) Temperatur mənfi 1oC-dən aşağı olduqda
D) Temperatur müsbət 2oC-dən aşağı olduqda
E) Temperatur 0oC-dən aşağı olduqda
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 56
243. Qeyd edilənlərdən hansı ilk yardımın məqsədinə aid deyil?
A) Həyati təhlükəni ortadan qaldırmaq