Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə43/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   39   40   41   42   43   44   45   46   ...   67
VERGİLƏRİN TƏSNİFATI

Vergilərin aşağıdakı növləri var

  • Dolayı vergi - Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir.

  • Birbaşa vergi - Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.

  • Subyektiv vergi - Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.

  • Obyektiv vergi - Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir.

  • Gəlir üzərindən ödənilən vergi - Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır.

  • Sərvət üzərindən ödənilən vergi - Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir.

  • Xərclər üzərindən ödənilən vergi - Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir.

Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

Dövlət vergiləri dedikdə,Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

Muxtar respublika vergiləri dedikdə,Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər(bələdiyyə vergiləri) dedikdə,Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən,bələdiyyələrin qərarlarına əsasən tədbiq edilən və bələdiyyə-lərin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.

Dövlət vergilərinə aşağıdakılar aiddir:



  • -Fiziki şəxslərin gəlir vergisi

  • -Hüquqi şəxslərin mənfəət vergisi

  • -Əlavə Dəyər Vergisi-– məhsulların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca reallaşan dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır.Rabitə müəssisələri də əsas və əlavə fəaliyyətdən əldə etdikləri gəlirlərin 18 %-i həcmində əlavə dəyər vergisi ödəyirlər

  • -Aksiz vergisi

  • -Hüquqi şəxslərin əmlak vergisi- müəssisələrin balansında olan əsas vəsaitlərin məbləğindən (dəyərindən) 1 faiz dərəcəsi ilə ödənilir

  • -Hüquqi şəxslərin torpaq vergisi

  • -Yol vergisi

  • -Mədən vergisi

  • -Sadələşdirilmiş vergi

Muxtar Respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan və yuxarıda sadalanan dövlət vergiləri aiddir(yol vergisi istisna olmaqla).

Yerli vergilər aşağıdakılardır:



  • -Fiziki şəxslərin torpaq vergisi

  • -Fiziki şəxslərin əmlak vergisi

  • -Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

  • -Bələdiyyə mülkiyyətində olan müəssə və təşkilatların mənfəət vergisi



Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin