Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə57/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   53   54   55   56   57   58   59   60   ...   67
2. Menecmentin təşəkkülü

Bütün elm sahələri kimi menecmentin də tarixi inkişaf yolu olmuşdur. Menecmentin inkişaf mərhələləri məktəblərlə bağlıdır.


Еlmi idаrəеtmə məкtəbi. Кlаssiк idаrəеtmə məкtəbi. İnsanimünаsibətlər məкtəbi. Müаsir idаrəеtmə məкtəbi. İdаrəеtməyə müхtəlif yаnаşmаlаr

Elmi məktəbləri

Elmi idarə etmə məktəbi, təqribən 1885-1920 –ci illəri əhatə edir.

F.Teylor və onun ardıcıllarının ilk dəfə irəli sürdüyü fikirlər bu məktəblə ələqadar olmuşdur. Onlar elmi yolla sübut edirdilər ki, hər bir işçi insan, bir sutqada gördüyü işi 8 saat ərzində normal yerinə yetirə bilər.

Bu məktəb:

-əl əməyinin yüngülləşdirilməsi;

-qısa fasilələr verilməsi;

-iş və vaxt normalarının qoyulması;

-artıq iş üçün mükafat verilməsi;

-idarəetmə əməyinin fiziki əməkdən ayrılması – proseslərini bərqərar etdi.

Klassik idarəetmə məktəbi – 1920-1950-ci illəri əhatə edir.

Bu məktəb, idarəetmə prinsiplərini, funksyalarını, metodlarını və üslublarını müəyyən etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsini mexanizminidə hazırlamış oldu.

Qanun- məcburi olan zərurətdir və onu dəyişmək olmaz.

Qanunauyğunluq- müəyyən qədər eyni hadisələrin labüd təkrarıdır.

Klassik idarəetmə məktəbinin müəyyən etdiyi menecmentin funksiyalarını aşağıdakı kimi təsnifləndirmək olar: 1. Planlaşdırma; 2. Təşkiletmə; 3. Motivləşdirmə; 4. nəzarət; 5. marketinq.

Klassik idarəetmə məktəbinin müəyyən etdiyi idarəetmə üsullar (metodlar) aşağıdakılardır:

İqtisadi üsul. İşçilərin marağını ödəmək yolu ilə onların işə cəlb edilməsi.

İnzibati üsul. Hər bir işçi müəyyən qanunlara, əmrlərə tabe olmalı və plana, norma və normativlərə əməl etməlidir.

Sosial-psxoloji üsul. İqtisadi və inzibati üsullardan fərqli olaraq, bu üsulda hər bir fərdin, qrupun və kollektivin sosial və psixoloji durumunu nəzərə alınmaqla onların tələbatının ödənilməsi nəzərə alınır.

İdeoloji üsul. Firmanın müsbət imicinin yaradılması və qorunması ideologiası bütün işçilər tərəfindən qəbul edilir.

İnsani münasibətlər məktəbi.

Bu məktəb:

-psixologia;

-Ictimai münasibətlər;

-insan amili;

-hakimiyyət və nüfuz;

-motivləşdirmə;

-işin məzmunu və işin şəraiti;

-rəftar və səriştə amillərinin menecmentə gətirdi və onların nəzərə alınmasını zəruri etdi.

Müasir idarəetmə məktəbi.

Bu gün vərdiş etdiyimiz kompüter texnologiası, müxtəlif riyazi-iqtisadi modellerin tətbiqi yolu ilə əvvələr çox çətin olan və ya mümkün olmayan fiziki işləri elmi əsaslarla yerinə yetirməyə imkan verir, riyazi modellerin qurulması ilə müxtəlif problemlər həll edilir. Bu məktəb:

-kibernetikanı;

-informatikanı;

-iqtisadi-riyazi modelleri;

-kompüter texnologiasını;

-mürəkkəb rabitə texnologiyasını və s. elmi-texniki yenilikləri bərqərar etdi.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin