***** ***** *****
Cəmilə bəy evinin balkonuna kürsü qoyub çənəsinə
söykənərək iydə ağaclarının seyrək yarpaqları arasından
görünən çöllərə, tarlalara, topa-topa kəndlərə, kəndlərdən çox-
çox o tərəflərdə başları tor kimi görünən dağ zirvələrinə
baxırdı. Onun bu maddım baxışları önündə axşam düşüb şər
qovuşurdu. əvvəlcə dağlar görünməz oldu, sonra topa-topa
kəndlər görünmədi, lap axırda iydə ağaclarından o tərəflərdəki
çöllər, tarlalar görünməz oldu. Təkcə elektrik işığıyla
işıqlanmış həyət içi, həyət içində olub bitənlər görünən qaldı.
Uşaqlar tappa-turup aşağı düşüb iclasa gedirdilər, iclasdan
sonra hind kinosu olacaqdı. Başı ağrıdığını bəhanə edib o nə
iclasa, nə kinoya getmədi. Cəmilənin öz aləmi o kinodakından
zəngin, ondan qarışıq deyildimi? Min dəfə o kinodakından
mənalı, füsunkar bir aləm aparmışdı Cəmiləni. İndi artıq tam
qərara gəlmişdi; sabah açılan kimi həmin tarlaya qaçacaqdı,
Kamalı tapıb hər şeyi açıb ona deyəcəkdi. Deyəcəkdi ki,
indiyənəcən aldadıb onu. Təsadüfi bir görüş hesab eləyib yalan
danışıbdı, bilməyib belə tutacaq bu görüş onu, belə hakim
olacaq qəlbinə. Sürəyya deyil o, Cəmilədi, kolxozçu deyil
133
tələbədi, APİ-nin dil-ədəbiyyat fakültəsinin birinci kurs
tələbəsidi. Bu kənddən deyil, başqa kənddəndi, ata-anası, beş
qardaşı var. Beş qardaşın bir bacısıdı Cəmilə. Pasportunu da
aparacaq, tələbə biletini də aparacaq, Bakıda yaşadığı evin
ünvanını da verəcək. Deyəcək biz gedəndən sonra məktub yaz
mənə, utanma, çəkinmə, mexanizator olmağına da heç vaxt
sıxılma. Sən neyləyəsən, yeddi bacını atıb gedib oxuya
bilməzsən axı? Özü də bil ki, ölsəm qara torpağın, qalsam
səninəm, yüz ali savadlı gələ, yüz şanlı-şöhrətli cavanlar yığıla
səni qoyub bir adama yönümü tutmaram! Ürəyim burda, sənin
yanında qalıb, özüm gedəcəm burdan!
Göylərdə indi üç tərəfdən şimşəklər oynaşırdı. Ön
tərəfdəki dağlarda şimşək göyün bir parçasını ağardırdı, sağ
tərəfdə lap uzaqlardakı dağlarda şimşəklər çəpinə, o birisinə
dolayı düşəcək yöndə alışıb, göylərin sağ parçasını
işıqlandırırdı. O şimşək də sönüncə indi də sol tərəfdəki
şimşəklərin oynaşdığı dağ başları görünürdü. Beləcə şimşəklər
gündoğandan günbatanadək bütün göy üzündə çalıb
oynaşmaqda, sayrışıb sönməkdə, yanmaqda idilər. Qəribə bir
mənzərə rəqs etməkdəydi göylərdə. Alışan şimşəklər altında
ağlı qaralı pərvaz buludlar görünürdü.
Birdən kimsə otağa girib “Cəmilə”-deyə çağırdı. Səs
deyəsən Nərgizin səsiydi. Neylər görən Nərgiz onu? Niyə
ot
urub kinosuna baxmır yenə? Hay-harayla gəldi Nərgiz:
-
Muştuluğumu ver ay qız, atan gəlib!
-
Nəyə gəlib ay qız, bilmirsən?
-
Axmaqsan vallah, nəyə gələr adamın atası? Səni iki
günlüyə aparmağa gəlib!
Elə bil ilan çaldı Cəmiləni. “Bu nə iş idi ay Allah? Bu kişi
də vaxt tapdı gəlməyə! İndi əl çəkməyəcək ki, gərək aparam
səni. Ölsəm də getməyəcəyəm!”
-
Boy, niyə sevinmirsən ay qız?!
-
Getməyəcəyəm Nərgiz! Sən də kömək elə mənə, nə
desəm tərəfimi saxla, başına dönüb Nərgiz!
134
Həmzə kişi oğlunun ZİL maşınıyla gəlmişdi. Çox soyuq
görüşdü kişiylə. Qardaşına tərəf heç baxmadı da. Mısmırığını
töküb durdu.
-
Azarlayıb eləməmisən qızım, niyə kefin yoxdu?
-
Getməyəcəyəm ata, aparma məni. Müəllimələr, tələbələr
pis baxırlar icazə alıb gedənlərə.
-
Qızım Əhməd müəllimin özündən iki günlüyə icazə
almışam. Səni də o qədər təriflədi. Müəllim dedi çox qoçaq,
ağıllı qızdı qızın! Bax, həməşə belə yaxşı sadan gəlsin qızım.
-
Aparma məni ata!
-
Bəs ananı görmək istəmirsən qızım? Vallah gözü yaşlı
qoyub gəlmişəm, istəyirdi o da gələ.
-
Gətirəydin! Gətirməmisən ki, məni aparasan, mən də
getməyəcəyəm! Sabah tezdən mən bu uşaqlarla gedib pambıq
y
ığmalıyam, bunlardan artıq deyiləm ha!
-
Neynək onda, bala, bu axşamlıcaq aparım səni, sabah
lap obaşdandan gədə gətirsin, yenə pambığa get bu uşaqlarla,
ona nə deyirsən?
-
Deynən Fatma nənəmin goru haqqı sabah tezdən səni
qaytaracam bura?
-
Axmaq olma bala, nənəyin gpru haqqı lap tezdən gədəni
özüm durquzub səni göndərəcəm bura.
Razılaşdı. Çamadanına bəzi şey-şüylərini qoyub gəlib
oturdu kabinədə. Nərgizlə heç xudahavizləşmədi də. Atası da
gəlib oturub maşın yola düşdü. Amma işində bezdirici bir
darıxqanlıq uçunmaqdaydı. Nədənsə ona elə gəldi ki, nəsə bir
qəza aparır onu, bədbəxt bir tale aparır...
Kəndlərinə burdan 30-40 km-lik yol vardı. Rayon mərkə-
zinə çatıb dağların ətəyilə sağa gedib kəndlərinə çatacaqdılar.
Rayon mərkəzində astaca bir göy gurultusu eşidildi. Maşının
qabaq şüşələrinə ilk damcılar düşdü. Olduqca iri damcılardı.
Atasının dedikləri elə bil yuxudan ayıltdı qızı:
135
-
Bax, görürsən necə tutulub göy? Yağış yağacaq bu gecə,
bəlkə lap fırtına da oldu! Onda heç sabah pambıq yığmaq
olmayacaq qızım.
-
Qaytar məni ata, qaytar geri! Tez ol qaytar!
-
Niyə, a öləsən səni!
-
Sabah heç yığım da olmasa, fırtına da qopsa gərək orda
olam, hamı da görə ordayam mən.
-
Yaxşı ay bala, tezdən gədə gətirər. Sən də elə anan kimi
tərssən!
Ürəyinin xofu artdı Cəmilənin, uçunması artdı, ciyəri
alışıb içində sızladıcı bir göynək göynəməyə başladı...
Dostları ilə paylaş: |