Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə35/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Şəhid duası


Məhəllədə görülən ən mühüm işlərdən biri 1997-ci ildə Şəhid Məhəllati avtobanının körpüsünün altında İbrahimin təsvirinin çəkilməsidir. Bu kitabın hazırlandığı son günlərdə seyidin yanına gedib dedim: "Ağa seyid, eşitmişəm Şəhid Hadinin rəsmini siz çəkmisiniz, doğrudur?"

– Bəli.


– Sizə təşəkkür etmək istəyirəm. Çünki bu rəsmə görə ağa İbrahim hələ də məhəllədədir.

– Mən İbrahimi tanımırdım. Qərara gəlmişdik ki, Şəhidlər konqresi üçün orada müharibə komandirlərindən birinin rəsmini çəkim. Dostların biri ağa İbrahimin şəklini gətirib dedi ki, bu, cəsədi itkin düşmüş bir şəhiddir. Mümkünsə, onun rəsmini çək.

Mən onunla bağlı xatirələri eşidəndən sonra təklifi qəbul etdim. Çətin iş idi, amma yaxşı şəkildə görməyə çalışdım. Rəsmi dəyişdiyimə görə bizə bir şey vermədilər, boyanı və digər xərcləri özüm qarşılamalı oldum, lakin bundan sonra Allah mənim həyatıma elə bərəkət verdi ki, hesablaya bilmərəm. Bu rəsmdən çox xeyir gördüm.

Təəccüblə soruşdum: “Məsələn nə?”

– Bu rəsmi çəkəndən və Şəhidlər cilvəsi sərgisi başlayandan sonra bir cümə axşamı günü bir qadın yanıma gəlib dedi: "Ağa, bu şirniyyat bu şəhid üçün hazırlanıb, burada paylayın".

Düşündüm ki, yəqin şəhidin qohumlarındandır. Buna görə soruşdum: "Siz Şəhid Hadini tanıyırsınız?"

- Yox.

Təəccübümü görəndən sonra əlavə etdi: "Bizim evimiz bu yaxınlıqdadır. Mənim həyatımda problem yaranmışdı. Bir neçə gün öncə siz rəsmi çəkəndə buradan keçirdim. Öz-özümə dedim ki, İlahi, əgər bu şəhidlərin sənin yanında hörməti varsa, səni bu şəhidə and verirəm, mənim problemimi həll elə. Mən də söz verirəm ki, namazlarımı ilk vaxtda qılacağam. Sonra adını bilmədiyim bu şəhidə Fatihə oxudum. İnanın ki, problemim çox tez aradan qalxdı. İndi ona təşəkkür etməyə gəlmişəm".



Seyid sözünə davam etdi: "Ötən il mənim işlərimdə yenidən düyün yarandı, çoxlu problemlər vardı. Ağa İbrahimin rəsminin önündən keçəndə şəklin saraldığını gördüm. Çərçivə hazırlayıb boyaları götürdüm və rəsmi bərpa etməyə başladım. İnanılmaz idi; rəsmin işi bitən kimi mənə böyük bir layihə təklif olundu və maddi sıxıntılarımın çoxu həllini tapdı".

Seyid bir qədər sonra yenə əlavə etdi: "Ağa, bunların Allah yanında məqamları çox ucadır, biz hələ bunları tanımamışıq. Bunlar üçün kiçik bir iş görəndə Allah bir neçə qat artıq əvəzini verir”.

***

Məscidə gəlmişdi. Məndən ağa İbrahimin dostlarını soruşdu. Onlarla şəhid haqda danışmaq istəyirdi.



– Sizin işiniz nədir? Bəlkə kömək edə bilərəm?

– Mən Şəhid Hadinin kim olduğunu, məzarının harada yerləşdiyini bilmək istəyirəm.

Bir qədər fikrə getdim. Nə deyəcəyimi bilmirdim. Bir neçə saniyədən sonra dedim: "İbrahim Hadi itkin şəhiddir, məzarı yoxdur. Bəs nə üçün onunla maraqlanırsınız?"

Çox narahat oldu.

– Bizim evimiz Şəhid Hadinin rəsminin yaxınlığında yerləşir. Mənim kiçik qızım hər səhər bu rəsmin önündən keçib məktəbə gedir. Bir dəfə məndən onun kimliyini soruşdu, mən də dedim ki, bunlar gedib düşmənlə vuruşdular, düşmənin bizə hücum etməsinə qoymadılar və sonda şəhid oldular.

Qızım bunu eşidəndən sonra hər dəfə rəsmin önündən keçəndə Şəhid Hadiyə salam verir. O, bir neçə gün öncə yuxuda bu şəhidi görüb. Şəhid Hadi qızıma deyib: "Xanım qız, sən hər dəfə mənə salam verəndə, mən cavabını verirəm, bu az yaşında hicabını belə yaxşı qoruduğuna görə sənə dua edirəm”.

İndi qızım məndən Şəhid Hadinin kimliyini və məzarının harada olduğunu soruşur.

Boğazımı qəhər tutdu. Balaca xanıma yalnız bu mesajı yolladım: "Əgər ağa İbrahimin həmişə sənə dua etməyini istəyirsənsə, namazından və hicabından muğayat ol”. Sonra da İbrahimlə bağlı bir neçə xatirə danışdım.

***

Bir tablonun üzərinə belə yazılmışdı: "Şəhidlərlə ünsiyyət və dostluq qarşılıqlıdır".



2009-cu ilin novruzu idi. Kitabın mətnini təkmilləşdirməkdən ötrü Gilanqərbə yola düşdük. Yolda Eyvan şəhərinə çatdıq. Qürub çağı idi, səhərdən avtomobil sürdüyümə görə çox yorulmuşdum. Lakin şəhərdə heç bir hotel və mehmanxana tapmadıq.

Ürəyimdə dedim: "Ağa İbrahim, biz sənin işindən ötrü gəlmişik, özün yoluna qoy".

Bu zaman şam azanı verildi. Öz-özümə dedim: Əgər İbrahim burada olsaydı, mütləq namaz qılmaq üçün məscidə gedərdi. Odur ki, biz də məscidə yollandıq. Camaat namazını qılandan sonra təxminən əlli yaşlı bir kişi bizə yaxınlaşıb hörmətlə salam verdi.

– Siz Tehrandan gəlmisiniz?

Mən təəccübləndim.

– Bəli.


– Maşınınızın nömrəsindən bildim. Bizim evimiz yaxındadır, hər şey də hazırdır. Buyurursunuz?

– Çox sağ olun, biz getməliyik.

– Bu axşam istirahət edin, sabah gedərsiniz.

Qəbul etmək istəmirdim. Məscidin xadimi yaxınlaşıb dedi: "O, buranın bələdiyyəsindən ağa Məhəmmədidir. Təklifini qəbul edin".

O qədər yorulmuşdum ki, qəbul etdim və birlikdə yola düşdük.

Bizə çox geniş şam süfrəsi açdı. Gecəni orada yatdıq. Səhər yeməyindən sonra sağollaşanda dedi: "Şəhərə gəlişinizin səbəbini soruşa bilərəm?"

– Biz bir şəhidlə bağlı xatirələri təkmilləşdirməkdən ötrü Gilanqərbə gedirik.

Təəccüblə dedi: "Mən Gilanqərbdənəm. Hansı şəhidi deyirsiniz?”

– Onu tanımazsınız, özü Tehrandan idi.

Sonra çantamdan şəkli çıxarıb ona göstərdim.

Təəccüblə baxıb dedi: “Bu ki ağa İbrahimdir! Şəhid Hadi atamla mənim komandirim olub. Müharibənin birinci ilində əməliyyat və kəşfiyyatlarda bir yerdə olmuşuq”.

Mat-məəttəl ona baxdım. Nə deyəcəyimi bilmirdim. Boğazımı qəhər tutdu. Axşamdan bizə ən gözəl şəkildə qulluq olundu, ev sahibi də onun dostlarından imiş.

Ağa İbrahim, minnətdaram.

Salam olsun İbrahimə!


Ağa İbrahim üçün bir iş görmək qərarına gələndə bütün səyimizi topladıq ki, Allahın köməyi ilə ən yaxşı iş görülmüş olsun. Hərçənd, bilirik ki, bu kitab ağa İbrahimin kamal dəryasından bir damlanı da təsvir etməyib.

Məni özünün bu pak və ixlaslı bəndəsi ilə tanış etdiyinə görə elə əvvəldən Allaha şükür etdim. Həmçinin bu iş üçün məni seçdiyinə görə də Allaha şükür etdim. Mən bu müddətdə öz həyatımda böyük dəyişikliklər hiss etdim.

Təxminən iki ilə yaxın çalışdım, altmış müsahibə aldım, bir neçə dəfə səfərə çıxdım, dəfələrlə mətn hazırladım... Bu kitaba İbrahimin hal və ruhiyyəsinə uyğun bir ad tapmaq istəyirdim. Hacı Hüseyni görüb soruşdum: "Bu kitaba hansı adı təklif edirsiniz?"

O dedi: "Azan. Çünki cəbhə uşaqlarının çoxu İbrahimi gözəl azanları ilə tanıyırdı".

Dostların biri Şəhid İbrahim Hisaminin sözünü dedi. Hisami İbrahimə belə deyibmiş: "Pəhləvan arif".

Kitabın adını Azan möcüzəsi qoymağı düşünürdüm. Axşam idi. Stolun üstündəki Quran diqqətimi cəlb etdi. Quranı götürüb ürəyimdə dedim: "İlahi! Bu iş sənin saleh və itkin bəndən üçün görülüb. Onun adı barədə Quranın fikrini bilmək istəyirəm".

Sonra Allahıma dedim: "Buraya qədər hər şey Sənin lütfünlə baş verib. Mən nə İbrahimi görmüşdüm, nə də cəbhəyə getməyə yaşım düşürdü. Lakin öz məhəbbətini bizə şamil etdin və bu kitab ərsəyə gəldi. İlahi! Mən nə istixarə bilirəm, nə də ayələrin mənasından düzgün çıxarış edə bilirəm".

Sonra “Bismillah” dedim, Həmd surəsini oxuyub Quranı açdım. Səhifənin yuxarısındakı ayələri görəndə mənə istilik gəldi və ixtiyarsız olaraq gözlərimdən yaş axdı. Səhifənin başında Saffat surəsinin 109-cu ayəsi görünürdü: “İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!”1



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin