İlk vaxtda namaz
Şəhidin dostları
Namaz onun bütün fəaliyyətlərinin mərkəzində dururdu.
Ən çətin şəraitdə də namazını ilk vaxtda qılırdı. Daha çox
məscidə gedib camaat namazında iştirak edir, digərlərini
də buna dəvət edirdi.
O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi
idi: "Məscidə gedib-gələn adam aşağıdakı faydaları
götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm
öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran
nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına
səbəb olan söz dinləyər".
1
İbrahim hətta inqilabdan öncə sübh namazlarını
məsciddə cəm halda qılırdı. Onun rəftarı bizə Şəhid
Rəcainin məşhur cümləsini xatırladırdı: "Namaza "işim
var" deməyin, işə deyin ki, namaz vaxtıdır".
Buna ən yaxşı misal zorxana meydançasında camaat
namazı qılmasıdır. Namaz vaxtı olan kimi idmanı
dayandırırdı və camaat namazı qılınırdı.
Səfərdə və cəbhədə olanda da azan vaxtı yetişəndə azan
deyirdi, maşını saxlayıb hamını camaat namazına
çağırırdı.
İbrahimin uca səsi və gözəl azanı hamının diqqətini cəlb
edirdi.
O, həzrət Peyğəmbərin bu nurlu kəlamının timsalı idi:
"Allah vəd edib ki, azançını və dəstəmaz alıb məsciddə
camaat namazı qılan adamı hesabsız cənnətə aparsın".
2
1
"Əl-Məvaiz əl-ədədiyyə", s. 281.
2
"Müstədrək əl-Vəsail", c. 6, s. 448.
70
Gənclik çağından özünə bir əba almışdı və çox vaxt
onunla namaz qılırdı.
***
1980-ci il idi. Bəsicin proqramı gecənin sonlarına qədər
davam etdi. Sübh azanına iki saat qalmış uşaqların işi
bitdi.
İbrahim uşaqları toplayıb Kürdüstan xatirələrindən
danışmağa başladı. Xatirələr həm maraqlı idi, həm də
gülməli.
Beləliklə uşaqları azana qədər oyaq saxladı. Onlar sübh
namazını cəm halda qıldıqdan sonra evlərinə getdilər.
Sonra Bəsicin rəhbərinə dedi: "Əgər bu uşaqlar o vaxt
getsəydilər, namaza oyanmaları çətin olacaqdı. Siz Bəsicin
işini ya tez bitirin, ya da uşaqları azana qədər saxlayın ki,
namazları qəza olmasın".
***
İbrahim gündüzlər çox zarafatcıl olurdu. O həm də çox
sadə danışırdı. Adətən sübh namazından bir qədər öncə
oyanıb gecə namazı qılırdı. O bu işi məxfi şəkildə
görməyə çalışırdı. Son zamanlarda isə gecə ibadətləri
çoxalmışdı. Bilirdi ki, hədislərdə əsl şiəliyin əlaməti gecə
oyanıb namaz qılmaq kimi göstərilmişdir.
O, Kumeyl, Nüdbə və Təvəssül dualarını, hər gün sübh
namazından sonra isə gündəlik dua və ziyarətnamələri
oxuyurdu.
O, "Vəcəəlna"
1
ayəsini həmişə zümzümə edirdi. Bir
dəfə dedim: "Ağa İbrahim, bu ayə düşmən qarşısında
qorunmaqdan ötrüdür, burada düşmən yoxdur axı".
Mənalı tərzdə baxıb dedi: "Şeytandan böyük düşmənmi
var?!"
1
Yasin, 9: Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini)
bağlamışıq. Buna görə də görmürlər.
71
***
Bir dəfə yeniyetmələrdən və namaza əhəmiyyətli
yanaşmaqdan söhbət düşdü. İbrahim dedi: "Atam
dünyasını dəyişəndə çox narahat idim. Birinci axşam
qonaqlar gedəndən sonra Allahdan küsmüş kimi namaz
qılmayıb yatdım. Məni yuxu tutan kimi yuxuda atamı
gördüm. O, qapını açıb hirslə birbaş otağa gəldi. Düz
qarşımda dayanıb bir qədər üzümə baxdı. O anda diksinib
yuxudan oyandım. Atamın baxışları mənə çox söz dedi.
Hələ namaz qəzaya getməmişdi. Ayağa qalxıb dəstəmaz
aldım və namazımı qıldım.
***
Onun çox əhəmiyyətli yanaşdığı məsələlərdən biri də
cümə namazı idi. Hərçənd cümə namazı qaydasına
düşəndə İbrahim ya Kürdüstanda idi, ya da cəbhələrdə.
Tehranda olanda isə həmişə cümə namazında iştirak
edir və deyirdi: "Bilirsiniz cümə namazının nə qədər
savabı və faydası var?!"
İmam Sadiq (ə) buyurur: "Allah cümə namazı üçün
atılan hər bir addıma görə cəhənnəm odunu haram edər".
1
1
Hədislərdə namaz, s. 101.
|