Salam olsun İbrahimə


Xums  Mustafa Səffar Hərəndi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   61   62   63   64   65   66   67   68   ...   86
Salam-olsun-İbrahimə-1

Xums 
Mustafa Səffar Hərəndi 
Mərhum atam Hacı  ağa Hərəndi  İbrahimin çox sevdiyi 
din alimlərindən biri idi. O həm də parçasatan idi. 
1982-ci il, yayın sonları idi. İbrahimlə birgə hacı ağanın 
yanına  getdik.  O,  iki  köynəklik  parça  aldı.  Sonrakı  həftə 
namaz  vaxtı  da  məscidə  gəlib  hacı  ağa  ilə  görüşdü.  Mən 
də  onlara  yaxınlaşdım.  İbrahim  illik  gəlirlərini  və 
xumsunu hesablayırdı. 
Məni  gülmək  tutdu.  O  özünə  heç  nə  saxlamırdı,  nəyi 
vardısa,  digərlərinə  xərcləyirdi.  Fikirləşdim  ki,  nəyin 
xumsunu hesablayır. 
Hacı  ağa  hesablayıb  dedi  ki,  sizin  xumsunuz  400 
tüməndir. O da xumsunu verdi. 
İbrahimin  işi  mənə  İmam  Sadiqin  (ə)  bir  hədisini 
xatırlatdı: "Allahın haqqını ödəməyən şəxs onun iki qatını 
batil yolda sərf edər".
1
 
Namazdan  sonra  İbrahimlə  birgə  hacı  ağanın 
mağazasına  getdik.  O,  hacıya  dedi:  "Qabaqkı  kimi  iki 
köynəklik parça istəyirəm". 
Hacı təəccüblə baxıb dedi: "Oğlum, sən o gün məndən 
parça  aldın.  Bunlar  dövlət  parçasıdır,  mən  bir  nəfərə  bu 
qədər verə bilmərəm”. 
İbrahim  heç  nə  demədi,  mənsə  məsələdən  xəbərdar 
olduğuma  görə  dedim:  "Hacı  ağa,  ağa  İbrahim  öncəki 
parçaları  başqalarına  bağışlayıb.  Zorxananın  bəzi 
uşaqlarının  maddi  durumu  yaxşı  deyil,  İbrahim  köynəyi 
onlara verir". 
                                                 
1
 "Asar əl-sadiqin", c. 5, s. 466. 


 
 
181 
Hacı  sözlərimi  təəccüblə  dinləyə-dinləyə  İbrahimin 
üzünə  baxıb  durdu  və  dedi:  "Bu  dəfə  parçanı  sənin  üçün 
kəsirəm,  kiməsə  bağışlamağa  haqqın  yoxdur.  Kim  istəsə, 
göndər bura". 


 
 
182 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin