Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   78   79   80   81   82   83   84   85   86
Salam-olsun-İbrahimə-1

Xatirə məzarı 
Şəhidin bacısı 
İbrahimin  şəhadətindən  sonra  çox  pis  olmuşdum. 
İbrahim mənim bütün həyatım idi. Ona çox bağlı idim. O 
bizə yalnız qardaş deyildi, həm də tərbiyəçi idi. 
Mənimlə  dəfələrlə  hicab  barədə  danışıb  deyirdi:  "Bir 
qadının imanı hicaba tam riayət edəndə kamilləşir". 
Evdən  çıxanda  və  ya  bir  qonaqlığa  gedəndə  bizə 
naməhrəmlə  davranış  tərzi  haqda  tövsiyə  verirdi,  amma 
heç  vaxt  əmr  etməz  və  ya  qadağa  qoymazdı.  İbrahimin 
tərbiyə üsulu nəsihət vermək idi. 
O  bizi  zarafat  və  gülüşlə  sübh  namazına  çağırar  və 
deyərdi: "Namaz yalnız ilk vaxtda və camaatla!" 
Dostlarına həmişə azan verməyi tövsiyə edərdi. Deyirdi 
ki,  harada  olsanız,  hətta  motosikletdə  olsanız  belə,  azan 
səsini eşidən kimi dayanın və ucadan azan verin. 
İbrahim yaralanıb evə gələndə bir tərəfdən narahat idik, 
bir  tərəfdən  də  sevinirdik.  Narahatlığımız  yaralandığına 
görə, sevincimiz isə onu daha çox görə biləcəyimizə görə 
idi. 
Yaxşı yadımdadır, dostları onu görməyə gələndə bir şeir 
oxumağa başladı. Məncə, öz şeiri idi: 
Əgər bütün dünyada mənimlə vuruşsalar, 
Əgər xəncərlə qanımı töksələr, 
Əgər qanla bədənimi yusalar, 
Əgər bədənimdən başımı alsalar, 
Əgər od və qan arasında qalsam, 
Qızıl Rəhbər xəttindən dönmərəm! 
Bəziləri  deyirdilər  ki,  biz  cəbhəyə  yalnız  şəhid 
olmaqdan  ötrü  gedirik.  İbrahimin  isə  dəfələrlə  bu  sözdən 
xoşlanmadığını eşitmişdim. O, dostlarına deyirdi: "Həmişə 


 
 
228 
deyin ki, son ana qədər, nə qədər ki nəfəsim gəlir, İslama 
və  inqilaba  xidmət  edəcəyəm.  Əgər  Allah  istəsə  və 
qiymətimiz beş olsa, onda şəhid olarıq. Lakin nə qədər ki 
bədənimizdə  qüvvə  var,  İslam  yolunda  mübarizə 
aparmalıyıq”. 
O həmçinin deyirdi: "Bu bədənlə o qədər işləməli, Allah 
yolunda  elə  çalışmalıyıq  ki,  Özü  məsləhət  biləndə 
kağızımızı  imzalasın  və  şəhid  olaq.  Lakin  şəhid  olmaq 
səadətinin  pis  rəftarla,  pis  bir  işlə  alınması  da 
mümkündür”. 
*** 
İbrahimin  şəhadətindən  illər  ötdü.  Onun  yoxluğunun 
bizim  ailəyə  nə  yaşatdığını  heç  kəs  təsəvvür  edə  bilməz. 
Anamız İbrahimin dərdindən yatağa düşdü. 
Nəhayət,  eşitdim  ki,  2011-ci  ildə  İbrahimə  Behişti-
Zəhradakı  (ə) naməlum  şəhid  qəbirlərinin birinin üstündə 
xatirə daşı qoyulacaq. 
İbrahim  naməlum,  tanınmaz  qalmağı  sevirdi.  İndi  isə 
naməlum  bir  şəhidin  qəbri  üstündə  ona  məzar  daşı 
qoyulacaq,  əslində,  naməlum  şəhidlərin  biri  İbrahimin 
vasitəsilə uca tutulacaqdı. 
İlk  dəfə  İbrahimin  baş  daşı  önündə  dayananda  birdən 
bütün  vücudum  titrədi,  rəngim  qaçdı  və  təəccüblə  ətrafa 
baxdım. 
Qohumlarımızdan bir neçəsi də eyni vəziyyətə düşdülər. 
Otuz il öncə orada baş vermiş bir hadisə yadımıza düşdü. 
Xürrəmşəhrin  azadlığı  üçün  keçirilən  əməliyyatda 
anamın  əmisi  oğlu  Şəhid  Həsən  Siracian  şəhadətə 
qovuşdu.  O  zaman  İbrahim  yaralı  idi  və  əsa  ilə  gəzirdi, 
ancaq onun şəhid olduğunu bilib Behişti-Zəhraya (ə) gəldi. 
Həsəni  dəfn  edəndə  yaxınlaşıb  dedi:  "Xoş  halına, 
Həsən!  Necə  yaxşı  yerdəsən!  26-cı  sırada  və  əsas 


 
 
229 
xiyabanın  kənarında.  Buradan  keçən  hər  kəs  sənə  Fatihə 
oxuyacaq”. 
Sonra sözünə əlavə  etdi:  "Gərək mən də  yanına  gəlim. 
Dua et ki, mən də buraya gəlim". 
Bunu  deyib  əsasını  yerə  vurdu  və  Həsəndən  bir  qədər 
kənardakı yeri göstərdi. 
Bir  neçə  ildən  sonra  İbrahimin  göstərdiyi  yerdə 
naməlum bir şəhid dəfn olundu və sonra qəribə bir şəkildə 
İbrahimin  xatirə  başdaşı  məhz  özünün  istədiyi  həmin 
məkanda qoyuldu. 


 
 
230 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin