Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə29/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

Din dərdi

İbrahim Seyfzadə


Müharibənin ilk günlərində cəbhəyə yollandım. Bizi birbaş Gilanqərbə göndərdilər. Şəhid Həsən Palaşı bizə komandir təyin etdilər və biz Ban-Seyran bölgəsinə yola düşdük. Bir müddət orada qaldıq. Oranın yüksəklikləri bizim üçün əhəmiyyətli idi və onları qorumalı idik.

Bir gün hamama getmək üçün Gilanqərbə qayıtdım. Came məscidinin yaxınlığında bir evə getdim. Ora korpusun bir partizan dəstəsinin qərargahı idi. Ora girən kimi bir uzunqulağa ərzaq və silah yükləyən, eyni zamanda həzrət Əmirəlmömininin (ə) mədhinə şeirlər oxuyan bir gənci gördüm.

Səsi çox gözəl idi. Sonra həyətin o başına gedib bir daş parçasının üstündə klassik idmana başladı. Onun hərəkətlərinə zövqlə tamaşa edirdim. İdmanı yaxşı bacardığı hiss olunurdu, bədəni də olduqca elastik idi. İşi bitəndən sonra yaxınlaşıb salam verdim. Gülərüzlə salamımı aldı. Elə hal-əhval tutdu ki, sanki uzun müddətdir məni tanıyır. Adımı soruşdu. Dedim ki, İbrahimdir. Çox xoşu gəldi və dedi: "Mən də İbrahiməm. Səni dadaş İbrahim çağırsam, olarmı?"

– İxtiyar sahibisiniz.

Həmin ilk görüşdə onun gözəl əxlaqını sevdim.

Məndən soruşdu: "Dadaş İbrahim, haralısan?"

– Tehrandanam, Xorasan meydanının yaxınlığından.

Onda bir məhəllədənik. Biz də Mina xiyabanında oluruq.

Əlimdən tutub içəri apardı və dostlarına təqdim etdi. Sonra mənə stolüstü tennis oynamağı təklif etdi. Dostları da oynumuza baxdılar. Əvvəlcə çox peşəkar oynayırdı, servislərini qaytarmaq olmurdu. Amma get-gedə elə oynadı ki, ona çatdım və axırda qalib gəldim.

Həmin gün çox yaxşı istirahət etdim. Cəbhəyə gələn gündən daim kəşfiyyat və müdafiə işləri ilə məşğul idik, o vaxta qədər heç kimlə dostlaşmamışdım. Onda cəbhənin ən yaxşı döyüşçülərindən birinin mənimlə dost olduğuna sevinirdim.

Günorta İbrahim həyətə çıxıb azan verməyə başladı, sonra da hamını camaat namazına səslədi. Namazdan sonra gözəl səslə Fərəc duasını oxudu.

Dualardan da sonra ondan uzunqulağın yükü haqda soruşdum.

– Bir neçə nəfərlə kəşfiyyata gedəcəyik. Uzunqulağa bir qədər çörək, xurma, konserv və silah yüklədim.

Yuyunandan sonra İbrahimlə sağollaşıb Ban-Seyrana qayıtdım.

Bir neçə gündən sonra məzuniyyət götürüb Gilanqərbə getdim. Bəzi döyüşçülərlə birgə Kermanşaha, oradan da Tehrana gedəcəkdik. Maşın axtardıq, amma tapılmadı. Korpusun bazasına çatan kimi dostum İbrahimi gördüm. Özü yaxınlaşıb məni çox səmimi qarşıladı.

– Buralarda nə əcəb, dadaş İbrahim?

– Məzuniyyətə gedirəm.

– Doğru deyirsən?! Mən də Tehrana gedirəm.

Bundan yaxşı xəbər ola bilməzdi. Dəyərli bir yol yoldaşı tapdım.

Korpusun bir maşını ilə Kermanşaha getdik və orada avtobus bileti aldıq.

Bir saat vaxtımız vardı. İbrahim təklif etdi ki, xəstəxanaya gedib yaralıları ziyarət edək. Ondan sonra avtovağzala gedib Tehrana yola düşdük.

Sərnişinlərin çoxu hərbçilər idi. Sürücü şəhərdən çıxan kimi musiqinin səsini artırdı. İbrahim bir neçə dəfə salavat dedizdirdi, sərnişinlər də ucadan salavat dedilər.

Bir anlığa dönüb İbrahimə baxdım. Çox hirsli idi. Zikr deyə-deyə əllərini sıxır və gözlərini bağlayırdı. Qorxdum. Musiqi səsinə görə olduğunu təxmin etdim.

– Ağa İbrahim, bir şey olub? İstəyirsənsə, sürücüyə deyim...

Sözümü tamamlamağa qoymadı.

– Sənə qurban, get, ondan xahiş elə ki, söndürsün.

Gedib sürücüyə dedim: "Mümkünsə, onu söndürün".

Sürücü dedi: "Olmaz, yataram. Mən vərdiş eləmişəm, söndürə bilmərəm".

Qayıdıb sürücünün cavabını çatdırdım. Qadın müğənninin səsini eşitməmək üçün bir yol axtarırdı.

Birdən cibindən kiçik bir Quran çıxarıb gözəl səslə oxumağa başladı. Səsi elə mənəvi və ürəkaçan idi ki, hamı onu dinləməyə başladı. Bir neçə dəqiqədən sonra sürücü də musiqini söndürüb Qurana qulaq asdı.

Bütün sərnişinlər baxışları ilə ona təşəkkür edirdilər. Şam namazının vaxtı gələndə məndən azan verməyimi istədi. Mənim səsim onun səsi ilə müqayisəyə gəlməsə də, qəbul edib ayağa qalxdım və azan verdim.

Ondan sonra daha İbrahimi görmədim. Həmin bir neçə gündə ondan böyük dərslər öyrəndim.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin