Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə49/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

Zarafatcıllıq

Əli Sadiqi, Əkbər Növcavan


Ciddi məsələlərdə çox ciddi, zarafat zamanı da çox zarafatçı idi. Çoxları onu buna görə sevirdilər.

Xörək yeməkdə xüsusi xarakteri vardı. Xörək bol olanda yaxşı yeyib deyirdi: "İdmana və ağır fiziki fəaliyyətə görə bədənimizin yaxşı qidaya çox ehtiyacı var".

Bir dəfə Gilanqərbin yerli uşaqlarının biri ilə birgə Kermanşaha kəlləpaça yeməyə getdilər. Onlar iki nəfərə üç heyvanın bütün kəlləpaçasını yemişdilər. Uşaqların biri İbrahimi nahara dəvət edib üç nəfərə altı yumurta, çoxlu düyü və digər yeməklər hazırlamışdı. Və təbii ki, heç bir xörəkdən artıq qalmadı.

***


İbrahim yaralananda onu görməyə getdim. Oradan motosikletlə dostların birinin evinə iftara yollandıq.

Ev sahibi İbrahimin yaxın dostlarından idi, tez-tez xörək təklif edirdi. İbrahimin isə təklifə ehtiyacı yox idi. Qısası, İbrahim əlindən gələni etdi və süfrədən təxminən heç nə qayıtmadı.

Bizim dostlarımızdan olan Cəfər Cəngru da orada idi. İftardan sonra tez-tez yandakı otağa keçib qonaqları çağırır, bir-bir İbrahimin yanına gətirib deyirdi: "İbrahim can, bu qardaş səni görmək istəyir”.

İbrahim həm çox yemişdi, həm də yaralı olduğuna görə ayağı ağrıyırdı. Lakin gələnlərə hörmət olaraq, ayağa qalxıb görüşməyə məcbur olurdu. Cəfər də arxada səssizcə gülürdü.

İbrahim oturanda Cəfər gedib başqa birini gətirirdi. Bu iş bir neçə dəfə təkrar olundu.

Çox əziyyət çəkən İbrahim xüsusi soyuqqanlılıqla dedi: "Eybi yox, Cəfər can, bizim də növbəmiz çatar".

Gecə qayıdanda İbrahim mənim motosikletimə minib dedi: "Tez getdik".

Cəfər də öz motosikletinə minib arxamızca gəlirdi. Onunla məsafəmiz çoxaldı. Yoxlanış yerinə çatanda dayandım. İbrahim ucadan dedi: "Qardaş, buraya gəl".

Silahlı gənclərin biri yaxınlaşdı.

– Əziz dost, mən müharibə əliliyəm. Bu sürücü də korpus uşaqlarındandır. Bizim arxamızca bir motosiklet gəlir...

Sonra bir qədər dayanıb əlavə etdi: "Mən bir söz deməsəm, yaxşıdır. Lakin çox ehtiyatlı olun. Məncə, silahlıdır".

Sonra icazə aldı və yolumuza davam etdik. Bir qədər irəliləyib səkidə dayandıq və ikimiz də gülməyə başladıq. Cəfərin motosikleti çatanda dörd əlisilahlı ətrafını sardı. Sonra belindəki tapançanı gördülər. Daha nə deyirdisə, heç kim əhəmiyyət vermirdi.

Təxminən yarım saat sonra başçıları gəlib Hacı Cəfəri tanıdı, çox üzr istədi və postun uşaqlarına dedi: "Bu, Seyyidüş-şühəda diviziyasının komandirlərindən olan Hacı Cəfər Cəngrudur".

Keşikçilər utanıb ondan üzr istədilər. Cəfər çox hirslənmişdi. Bir söz demədən silahını təhvil aldı və motosikletə minib yola düşdü.

Bir qədər irəlidə İbrahimin səkidə dayanıb ürəkdən güldüyünü görəndə nə baş verdiyini anladı.

İbrahim yaxınlaşıb Cəfəri qucaqladı və öpdü. Cəfər də gülməyə başladı.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin