Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə78/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   74   75   76   77   78   79   80   81   82

Haraya gedirsiniz?

Xanım Rəsuli və digərləri


Müqəddəs müdafiə dövründə yoldaşımla birgə cəbhəyə yollandıq. Yoldaşım Şəhid Əndərzqu dəstəsində vuruşurdu, mən də Gilanqərb xəstəxanasında çalışırdım.

İbrahim Hadini ilk dəfə orada gördüm. Bir neçə şəhid cənazəsini xəstəxanaya gətirəndə bizə dedi ki, xanımlar yaxınlaşmasınlar, cəsədlər parçalanıb, onları toplamalıyıq.

Sonralar bir neçə dəfə onun mənəvi səsini eşitdim. Çox gözəl səsi vardı. Dua oxumağa başlayanda hamının halı dəyişirdi.

Bəsic üzvləri İbrahimi çox sevirdilər və ətrafı həmişə döyüşçülərlə dolu olurdu.

1982-ci ilin əvvəllərində onlar cənuba getdilər, mən də Tehrana qayıtdım.

Bir neçə ildən sonra 17 Şəhrivər xiyabanından keçəndə birdən divarda ağa İbrahimin rəsmini gördüm. Mən onun şəhid olduğunu və itkin düşdüyünü bilmirdim. O zamandan etibarən hər cümə axşamı onun və digər şəhidlərin niyyəti ilə iki rəkət namaz qılıram.

2009-cu ilin fitnələri zamanı bir axşam qəribə bir hadisə baş verdi. Yuxuda gördüm ki, ağa İbrahim çox nurlu simada yaşıl bir təpənin başında dayanıb, arxasında da gözəl ağaclar var. Onun mənim də tanıdığım dostlarından ikisi isə təpənin aşağısında bir bataqlıqda çapalayırdılar. Onlar harasa getmək istəyirdilər, amma nə qədər əl-ayaq vururdularsa, bataqlığa daha çox batırdılar. İbrahim üzünü onlara tutub qışqırdı və bu ayəni oxudu: "Haraya gedirsiniz?" Onlar isə fikir vermədilər.

Ertəsi gün bu haqda çox fikirləşdim. Oğlum universitetdən qayıdanda sevincək yanıma gəlib dedi: "Ana, sənə bir hədiyyə almışam".

Sonra əlindəki kitabı göstərib dedi: "Şəhid İbrahim Hadinin kitabı çap olub".

Kitabın üzündəki şəkli görən kimi yerimdə donub qaldım. Oğlum qorxdu.

– Ana, nə olub? Mən elə bilirdim sevinəcəksən.

Yaxınlaşıb kitabı aldım. Yuxuda eynilə kitabın üzərindəki şəkli, İbrahimi məhz o vəziyyətdə görmüşdüm.

Sonra kitabı oxumağa başladım. Yuxumun doğru olduğunu bilib yoldaşım vasitəsilə həmin illərin Bəsic üzvlərindən birinə zəng vurduq və yuxuda gördüyüm iki nəfərin vəziyyətini soruşduq.

Araşdırmalardan sonra öyrəndim ki, həmin iki nəfər cəbhədə vuruşmalarına və bütün əziyyətlərinə baxmayaraq, fitnə başçılarını dəstəkləyib, inqilab rəhbərinə qarşı çıxmışlar.

Yuxu şəriət baxımından höccət olmasa da, onlarla əlaqə saxlayıb yuxumu danışmağı özümə borc bildim. Allaha şükür ki, həmin yuxu təsirli oldu. İbrahim növbəti dəfə dostlarının hidayətinə səbəb oldu.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin