Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə80/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   74   75   76   77   78   79   80   81   82

Son söz


Ağa İbrahimin kitabının nəşrindən yeddi il ötür. “Salam olsun İbrahimə” kitabı 2010-2017-ci illərdə 120 dəfədən artıq çap olunub.

Heç bir dövlət və media dəstəyi olmadan kitabın 700 min nüsxəsinin satılacağına özümüz də inanmazdıq. Bu müddətdə İbrahimin yeni dostları tərəfindən minlərlə zəng, mesaj və elektron məktub qəbul etdik.

Hamı bu əziz şəhidin vasitəsi ilə Allahın göstərdiyi lütfdən danışırdı; Şəhid Hadiyə təvəssüllə Yəzd vilayətində bir xərçəng xəstəsinin şəfa tapmasından tutmuş, təsadüfən bu şəhidlə tanış olub bütün həyatını dəyişmiş avara bir tələbəyə qədər.

Bir gənc elçilik üçün bir neçə yerə getmiş, amma nəticə əldə edə bilməmişdi. O, Allahı Şəhid Hadiyə and verib bir də elçiliyə gedir, getdiyi evdə Şəhid Hadinin rəsmini görür və təsadüfən, həmin ailə də Şəhid Hadiyə təvəssül edibmiş ki...

Çoxlu gənclər İbrahimə eşqlə zorxana idmanına yollandılar və bütün işlərini Allahın razılığından ötrü görməyə başladılar.

Bu illərdə bir gün də onu xatırlamadan yaşamadıq. Bizim bütün həyatımız ona bağlandı. İbrahim elə bir yol açdı ki, onun adını daşıyan mərkəz tərəfindən Allahın lüftü ilə altmışdan artıq kitab çap olundu.

Onun bizə göstərdiyi yolla İslam cəmiyyətinə ölkəmizin müxtəlif yerlərindən onlarla adsız-nişansız şəhid tanıtdırıldı. O kitabların çoxu onlarla dəfə çap olub yayıldı.

İlk gündə belə olacağını düşünməzdik, amma bizim ixlas və bəndəlik timsalı olan əziz İbrahimimiz əməli əxlaq nümunəsi kimi hətta digər ölkə və xalqlara da yol göstərdi. Kəşmirdən gəlib kitabın tərcüməsinə icazə istədilər, Hindistan və Pakistanda nəşr etdirdilər. Onlar İbrahimin həmin bölgənin müsəlmanlarına ən yaxşı əməli örnək olduğunu deyirdilər. Bu iş 2014-cü ilin fevralında baş tutdu. Ondan sonra xaricdə yaşayan digər dostlar onun alman və ərəbcəyə tərcüməsinə icazə istədilər. Allaha şükür ki, bu iş də 2015-ci ildə ərsəyə gəldi. Onu ərəbcəyə livanlı dostlar çap edib Suriya, İraq və Livanda yaydılar. Sonra da ingilis və ruscaya tərcüməsi başlandı.

Biz ilk gündə mərhum Şeyx Hüseyn Zahidinin sözlərini anlamaq üçün İbrahimin həyatı ilə maraqlanmışdıq. Allahın köməyi ilə şeyxin sözünün doğruluğu sübuta yetdi.

İbrahim düzgün həyat yolunu öyrənmək istəyən bütün insanlara əməli əxlaq nümunəsidir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin