Sarsilmaz coş Makdauell Kristobal Kruzenin


On yeddinci fəsil Qərbə doğru



Yüklə 222,76 Kb.
səhifə26/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   23   24   25   26   27   28   29   30   31

On yeddinci fəsil

Qərbə doğru


O biri gün səhər Bobla birlikdə Bettl-Krikdən çıxdıq.

Havanın günəşli və aydın olacağı haqqında məlumat verilmişdi. Biz İndiana və İllinoys istiqamətində yola düşdük. Bir neçə gündən sonra biz Ayovaya, daha sonra Nebraska və Koloradoya çatdıq. Yutada sərhədi keçərək, Arizonaya çıxmaq üçün səkkiz, doqquz gün lazım oldu və bizim gözlərimiz qarşısında Qrand-Kanyon açıldı. Biz onun cənub hissəsində dayandıq. Turist qrupu və bələdçi ilə birlikdə ekskursiyaya getməyi qərara aldıq. Bütün yol boyu cəlbedici görünüş var idi, xüsusən cığırın lap kənarında açılan sıldırım! Piyada turistlərdən başqa o qədər də qoçaq və davamlı olmayan ekskursantları aparan qatırlar da vardı. Buna görə də heyvanlara yol vermək üçün bəzən bütün bədənlə qayaya sıxılmaq lazım gəlirdi. Əzəmətli təbiət mənzərəsi olan Qrand-Kanyon, Tanrının Öz görünməz keyfiyyətlərini bizi əhatə edən yaratdıqları vasitəsilə açdığının təkzibedilməz sübutu idi.

Biz burada yol yoldaşlarımızla tanış olduq. Onlar tələbə mübadiləsilə gələn əcnəbi tələbələr idi. Paskul Mozambikdən, Marvan Misirdən, İnqvar İsveçdən, Cina isə İtaliyadan gəlmişdi. Mən dərhal onlarla ünsiyyət qurmaq istədim.

Biz nahar etmək üçün turist cığırından təxminən on kilometr aşağıda, «Hind bağı»nda düşərgə saldıqda, mən öz imanım haqqında şəhadət etmək üçün güclü arzu hiss etdim. Ətrafımızdakı yer çox gözəl idi. Nə vaxtsa havasupay7 qəbiləsinin hindularının doğma diyarı olan «Hind bağı», ətrafda sallanan kanyon qayalarının arasında əsl vahəni xatırladırdı. Əzəmətli delta şəkilli qovaq ağaclarının arası ilə dolanıb keçən çayın kənarında dincəlməmək mümkün deyildi. Hamı dincəlmək üçün yerbəyer olduqda, biz birlikdə cığırla gəldiyimiz zaman müxtəlif dinlərimiz və inanclarımız haqqında başlanan söhbəti davam etdim.



  • Sizə Tanrı və Müqəddəs Kitab haqqında danışsam olar? — Heç kim etiraz etmədi və mən yol yoldaşlarımın diqqətini bizi əhatə edənlərə cəlb etdim: — Biz hər yerdə Tanrının yaratdıqlarının gözəlliklərini görə bilərik. Biz görürük ki, O, güc Tanrısı, gözəllik və yaradıcılıq Tanrısıdır. Bizi əhatə edən bu əzəmətli qayalar kimi, bizim də Onun icadı olduğumuz barədə heç düşünmüsünüzmü? Müqəddəs Kitabda deyilir ki, O, bizim hamımızı: Paskualı, Marvanı, İnqvarı, Cinanı yaradıb... məncə, sən sadəcə beləcə səmadan enmisən... ancaq...

Hamı mehribanlıqla güldü.

  • Bəs mən? Mən Miçiqanda fermanın dərinliklərindən olan irland və ingilis əsilli bir oğlanam. Lakin biz hamımız Tanrı üçün çox yaxşıyıq. O, bizim hər birimizi Öz surətində yaradıb. Bizimlə olmaq Ona xoşdur və Onunla birlikdə olmaq da bizim üçün xoş olmalıdır! O — sevən və müqəddəs Atadır. Lakin günahlarımız bizi ondan ayırır. Bizimlə Tanrı arasında uçurum var. Belə vəziyyətdə biz Ona necə yaxınlaşaq? Onunla necə barışaq? Cavab — bizim hamımızın azadlıq əldə etməyimiz üçün çarmıxda ölən, Xilaskar İsa Məsihdir. Mən bilirəm ki, Tanrı hər yerdə insanları tövbəyə və Onun Oğlu İsa Məsihə iman etməyə çağıraraq dünyada və tarixdə Öz işini dayandırmır. Nəyə görə? Çünki gələcəkdə Məsihin bütün dünyanı mühakimə edəcəyi gün gələcək. — Mən heç kəs hiss etmədən Boba baxdım. Məndən belə cəsarət gözləmədiyi üçün deyil, həm də ətrafdakıların hamısının mənim dediklərimi, sanki tutduqlarını hiss etdiyindən onun demək olar ki, təəccübdən ağzı açıq qalmışdı. Mən təxminən beş dəqiqə də belə danışdıqdan sonra yeni dostlarımın yanında əyləşdim. Bob mənə sendviç verdi. Lakin mən həyəcandan yeyə bilmədim. Tələbələrdən kimsə mənə suallar verməyə başladı və mən həvəslə onunla danışmağa başladım. Biz vaxtın necə keçdiyini hiss etmədik və yenidən yuxarıya qalxmaq vaxtı gəlib çatdı.

  • Yəqin ki, sənin yaxşı natiqlik sənətində böyük təcrübən var.

  • O, natiq deyil, təbliğçidir, — Yeni Zelandiyadan olan Uollas adlı tələbə dedi.

  • Əslində mən nə ondan, nə bundanam. Mən də sadəcə sizin kimi tələbəyəm.

  • İlahiyyatla məşğul olursan? — Paskual maraqlandı.

  • Xeyr, Kaliforniyada hüquq fakültəsinə qəbul olmağa hazırlaşıram.

  • İsveçdə mənim dayım var, Lyuteran məbədinin pastorudur, — İnqvar dedi. — O və arvadı, İsa Məsih haqqında lap sənin kimi danışırlar.

  • Yəqin ki, onlar da İsa Məsihi tanıyırlar, İnqvar. Məsihin iman vasitəsilə onların ürəklərində yaşadığına və Onu sevdiklərinə heç şübhəm yoxdur. İsa Məsihi Xilaskarın və Rəbbin kimi tanıdıqda Onu sevməmək mümkün deyil.

  • Mən özümü imanlı adlandıra bilmərəm. — Mənə uyğun gələn aqnostikdir.

  • Mənim də bu kluba üzvlük biletim var idi. — Mən yüksək səslə dedim və mənim qarşımda qoyduqları tapşırıq və Özünün Avropa səyahəti zamanı Məsihin həyatının mövcudluğuna əmin olduğum haqqında şövqlə danışmağa başladım. Kanyonun üstünə çatanda hamı tamamilə taqətdən düşmüşdü. Yorğunluğa baxmayaraq, biz birlikdə Qrand-Kanyonun çətin sahəsini keçdik və indi isə zarafatlaşaraq təəssüratlarımızı bölüşürdük. Hər iki pəncəm suluqlamışdı, günəş isə əməllicə məni yandırmışdı. Lakin ən əsası mən yeni dostlarım tərəfindən yeddi ölkəyə dəvət edilmişdim.

  • Hə, sən söz altda qalan deyilsən, — Biz yenidən maşına əyləşib yola düşərkən Bob dedi. Mən cavabında gülümsədim. Lakin elə həmin an bizi hər tərəfdən əhatə edən silsilə dağların əzəməti və gözəlliyi, qeyri-adi mənzərə ağlımı başımdan aldı. Günəş elə bizim qarşımızdaca qüruba endi və isti külək mənim saçlarımı tərpətdi. Bizi qarşıda bütöv bir dünya — böyük ümidlər və vədlər dünyası gözləyirdi.

«Məgər dünyada bundan yaxşı nəsə ola bilərmi, — deyə mən düşündüm — Məni Özününkü etdiyinə və əvvəlki inamsızlıqdan və məyusluqdan çıxartdığına görə Sənə minnətdaram, Tanrı. Qrand-Kanyonda rastlaşdığımız bu tələbələrdən heç nədə fərqlənmədiyim vaxtlar var idi. Xahiş edirəm, bunu unutmağıma imkan vermə. Lakin onlarla danışmaq nə qədər xoş idi! Ümid edirəm ki, bu gün dediklərimdən nəsə onların yaddaşlarında qalacaq. Rəbb, mən Sənə məxsusam. Budur, mən Sənin iradəni yerinə yetirməyə gedirəm».


Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin