Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə39/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   35   36   37   38   39   40   41   42   ...   69
(Raffi “Erməni məliklikləri”)
Mirzə Adıgözəl bəyin dediklərindən:

Bu əsnada Ağa Məhəmməd şahın qayıtmaq xəbəri valiyə gəlib çatdı. Vali bu xəbərdən sonra, əhvalatı müfəssəl bir surətdə yazıb, imperatriçə Yekaterinanın hüzuruna göndərdi. İmperatriçə acizlərə kömək və zərərçəkənlərin dərdinə qalmaq məqsədilə cənab general-anşef qraf Valerian Zubova fərman verdi ki, saysız-hesabsız qoşunla valini himayə və Ağa Məhəmməd şahın şərrini dəf etməyə getsin. O böyük cənab gəlib Dərbənd ətrafında düşdü. Babüləbvab (Dərbənd) səhrasını müzəffər ordunun cövlangahı etdi. Zaqafqaziya vilayətlərini Qarabağ sərhədinədək aldı... Səlyanda qışlaq edib əyləşdi. Bu xəbər mərhum İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya dövlətinə ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin müqərrəblərinə qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət və mehribanlıq göstərdi. Behiştlik, mərhum (İbrahim) xanın ərizəsini Dərbənd və Qızlar yolu ilə ixtiyar sahibi padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Mərhum Pənah xan üçün də, bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin