Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana


Mirzə Yusif Qarabağinin dediklərindən



Yüklə 0,49 Mb.
səhifə49/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
1   ...   45   46   47   48   49   50   51   52   ...   69
Mirzə Yusif Qarabağinin dediklərindən:

İstər qədim dövrdə, istər monqolların istilası zamanında və istərsə də səlcuq və türkmən sultanlarının hakimiyyəti dövründə, Gəncədə həmişə böyük xanlar və bəylərbəyilər oturmuşlar. Amma Səfəvilər dövründə Şah Abbas Gəncədə abadlığın binasını qoyduğu üçün orada çox vaxt Qacar Ziyadoğlunun xanları hökmranlıq edir və Qarabağın da ixtiyarı onların əlində idi. Ziyadoğlu xanları həmişə Səfəvi dövlətinə havadar və sadiq olmuşlar. Buna görə də fərman və yazılarda onları böyük əmirlər əmiri, Gəncə və Qarabağın bəylərbəyisi, Qacar Ziyadoğlunun müsahibi kimi adlandırırlar. Tiflis və Gəncə sərhədi olan Sığnaqdan Xudafərin-Araz körpüsünə kimi bütün ərazi həmin xanların ixtiyarında idi. Onlar bəzi vaxtlar hətta Tiflisdə də hökmdarlıq etmişlər. Hicri 1148 (1736)-ci ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağırılmış böyük qurultaya Nadir şahın əmr və fərmanı ilə hər bir ölkədən camaat toplanmışdı. Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər və hətta kütləni də təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa seç-məsinlər. Buna görə də qəzəbli və kinli Nadir şah səltənətə keçdikdən və müstəqil şah olduqdan sonra dərhal Gəncə xanlarını məhv etmək qərarına gəldi və get-gedə onların səlahiyyətlərini əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını da onlardan alıb Gürcüstan valisinə verdi.Nadir şah Qarabağ ellərindən ibarət olan Cavanşirlilər, Otuzikililər və Kəbirlilərin Xorasana köçürülməsi haqqında əmr verdi. Qarabağın Xəmsə mahalındakı Çiləbörd, Xaçın, Talış, Vərəndə, Dizaq mahallarına ermənilərdən məliklər təyin etdi və onlara əmr verdi ki, heç vaxt heç kəsin əmrinə tabe olmasınlar, özlərinin lazımi şikayətlərini birbaşa padşaha yetirsinlər. Buna görə də Gəncə xanlarının səlahiyyətləri əllərindən alındı və get-gedə onlar zəifləşdilər.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin