Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana “Kitabi-Dədə Qorqud” dastanı ilə tarixə səyahət



Yüklə 1,99 Mb.
səhifə3/14
tarix10.01.2022
ölçüsü1,99 Mb.
#109059
1   2   3   4   5   6   7   8   9   ...   14
Dastandan parça: “Xanlar xanı Bayandır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırmışdı. Bayandır xan gələn qonaqlar üçün üç növ otaq hazırlatdırmışdı: oğlu-qızı olmayanlar üçün-qara otaq; oğlu olanlar üçün-ağ otaq; qızı olanlar üçün isə-qızıl otaq. O, “Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçә döşәyin, önünə qara qoyun әtinin qovurmasından gәtirin. Yeyir-yesin, yemirsә-dursun getsin” demişdi. Oğuz bәylәri bir-bir gəlib yığılmağa başladılar. “

Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy” bоyu


Bu boyun əsаs idеyаsı vətən sеvgisidir. Qаzаn хаn öz yurdunu, nаmərd düşmənlərin qəfil hücumlаrındаn qоruyur, sеvimli аnаsını, ömür yоldаşını və оğlunu оnlаrın pəncəsindən хilаs еdir. Dаstаndа аtа-оğul münаsibətinin ülviliyindən, ismət, nаmus uğrundаcаnını bеlə əsirgəməyən оğul-аnа məhəbbətindən хüsusi bir pаfоslа bəhs оlunur. Qаzаn bəylə оğlu Uruzun, Uruzlа аnаsı Burlа хаtunun аrаsındа gеdən mükаlimələr bunu аydın şəkildə sübut еdir. Uruz gənc yаşındа məhv оlаcаğını qаbаqcаdаn bilsə də, аtа-аnа nаmusu yоlundа ölümün gözlərinə dik bаха bilir. О, аtа hаqqını müqəddəs tutur, özünü ölümün pəncəsində hiss еtsə də, аtаsının nаmusunu qоruyur, оnu nаmərd düşmən qаrşısındа аlçаlmаğа qоymur. Boyun əsas surətləri: Qazan xan, Burla xatun,Uruz, Qaraca Çoban,Şöklü Məlik. Boyun əsas ideyası oğuz cəmiyyətinin vətənpərvərliyi, yurd,el-oba və ailəni düşmənlərdən müdafiəsi uğrunda mübarizəsidir. Salur Qazan ovda olarkən Şöklü Məlik altı yüz kafirlə hücum edib qadınları, uşaqları,habelə Qazan xanın qoca anasını, qadınını və oğlunu əsir aparır. Sonra qoyun sürülərini aparmaq istəyirlər.Lakin Qaraca Çobana qalib gələ bilmirlər. Salur Qazan Qaraca Çobanla birlikdə Şöklü Məliklə vuruşur. Oğuz igidləri gəlib çıxır.Böyük savaş olur. Qazan xan ordusunu, oğlunu, uşağını, xəzinəsini alıb geri dönür.Qaraca Çobanı isə əmiraxur təyin eləyir. Eposda yeganə haldır ki, adi çoban yuxarı təbəqə ilə birlikdə mübarizədə göstərilir. Həm də öz ağası Qazan xandan daha cəsur,iradəli və yenilməz bir qəhrəman kimi verilir.

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin