Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Faktların məntiqi təhlili: Elxan Elatlı ilə görüş elektron kitab səRGİSİ


Elatlı,E. O gecə yağış yağırdı: povestlər, hekayələr.- Bakı: Qanun, 2015.-339 s



Yüklə 2,01 Mb.
səhifə7/17
tarix10.01.2022
ölçüsü2,01 Mb.
#109343
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Elatlı,E. O gecə yağış yağırdı: povestlər, hekayələr.- Bakı: Qanun, 2015.-339 s.

Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.

“Keçən il sentyabrın 14-ü idi. Yorğun olduğum üçün axşam tez yatmaq istəyirdim. Yatmazdan əvvəl darvazanın bağlandığını yoxlamaq üçün həyətə düşdüm.

Başımı qaldırıb qaranlıq səmaya baxdım. Göyün üzü açıq idi. Başımın üstündə ulduzlar sayrışırdı. Ancaq bununla belə, havada soyuq bir rütubət var idi. Polis sahə müvəkkili işlədiyim dağ kəndləri səmtinə baxanda bunun səbəbini başa düşdüm. Orada göyün üzü qatı buludlarla örtülmüşdü. Ara-sıra uzaqlarda çaxan ildırım baş-başa vermiş dağların silueti ilə onların üstündə toplanmış buludların kölgəsini birləşdirib əsrarəngiz mənzərə yaradırdı...”

“Bu xəbər mənə çox pis təsir elədi. Mikayıl müəllim həqiqətən yaxşı adam idi. Demək olar ki, aramızda dostluq münasibəti də yaranmışdı. Çox vaxt kəndə gedəndə onun evində çay içirdim. Həm də ki, belə bir hadisə mənim sahə müvəkkili işlədiyim bir il müddətində və bildiyimə görə ümumiyyətlə, Qara­dumanlı kəndində heç vaxt baş verməmişdi. Bu ha­disə həmin sakit kənddə baş verən ilk ağır cinayət hadisəsi idi....”




Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin