Doktorantın təhsil müddətində vəzifələri:
2.20. Doktorant təhsil müddətində:
Peşə biliklərinə dərindən yiyələnməli;
Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
Fərdi iş planını tam yerinə yetirməli;
İxtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;
Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;
Elmi tədqiqat işini bitirməlidir.
2.21. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir.
2.22. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.
Dostları ilə paylaş: |