SəRƏncam №390s


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ



Yüklə 44,47 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü44,47 Kb.
#11309
1   2   3
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 390s



Bakı şəhəri, 30 noyabr 2011-ci il

 “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”ndə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Milli Su Təchizatı və kanalizasiya xidmətləri-2” layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı) üçün nəzərdə tutulmuş vəsaitin 10445000,0 (on milyon dörd yüz qırx beş min) manat və Şəmkir çayı üzərində dəryaçanın tikintisi üçün nəzərdə tutulmuş vəsaitin 5000000,0 (beş milyon) manat azaldılması hesabına, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə 15445000,0 (on beş milyon dörd yüz qırx beş min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə görüləcək işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


Yüklə 44,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin