Sevilməyi düşünmə, sevməyi öyrən


Erler istediler Xanımanlarını



Yüklə 0,59 Mb.
səhifə21/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
Erler istediler Xanımanlarını,

Éşiden yérinden duranda gétdi,

Atanın merizlik Halına göre,

Güneşde gelenler, boranda gétdi,

Hamı gétdi, évde Bir ana ġaldı,

Bir de döşek üste, meriz bir kişi,

Ata ocağında Ana odundur,

Géceler, gündüzler, yanmaġdır işi.

Görmeyib héç kimse Ana tek odun,

Ne gurcanaq eder, ne tütün salar.

Odlanıb astadan Küle dönse de,

Yéne de hamının, qadasın alar.(19)

Bu, kişinin həyatında və məişətində önəmli yeri olan müqəddəs varlığa-qadına və Anaya yeni yanaşmadır və ənənəvi obrazın yeni təqdimat üsulu kimi maraq doğurur…

“Avangard şeir” tərəfdarı, modernist şair Sayman Aruz: “Ana! Səndə itirmişəm sevdiyim qadını!” dedikdə isə daha bir yanaşmanı gündəmə gətirir: Adətən oğlan övladı anasına bənzər qız axtarır, sevmək, ömür-gün yoldaşı seçmək üçün, qız isə əksinə, atasına, yaxud da qardaşına bənzəyən oğlanı sevməyi və həyatını məhz beləsi ilə bağlamağı düşünür.

Çağdaş Güney şairlərinin əsərlərində təbiət hadisələri dərin ictimai məzmun kəsb edir. Ana təbiət və qaçılmaz təbiət hadisələri onlar üçün bir məqsəd deyil, bədii əsərdə fikirlərini sərrast, konkret olaraq ifadə etmək üçün ən uyğun orijinal vasitədir. Onların yaratdığı bədii tablolar, güclü ruh oxucunu xəyalın əsrarəngiz qanadlarında hadisələrin təsvir olunduğu zamana, dövrə qaytarır.



Yavaş-yavaş modernləşirəm,
Masa arxasında yemək yeyirəm,
Qalstuk bağlayıram,
Rep musiqisinə qulaq asıram,
İnternetdə sevdiyim şairləri izləyirəm.
Yavaş-yavaş Özümdən çıxıram,
Tısbağa balası yumurtadan çıxan kimi. 
Yenidən doğulmaq
Komik də olmuş olsa,
Çox gözəl və həyəcanlı bir şeydir!(9.s.)

Rəsul Yunanın misraları arasında çox incə bir yumor duyulan bu şeiri çağdaş dövrdə modernləşmə prosesinin zahirən insanı hansı dəyişikliklərə məruz qorduğunu açıq şəkildə yansıdır. Yerdə bardaş qurub əyləşərək deyil, masa arxasında yemək yemək, qalstuk bağla-maq, rep, caz musiqisinə qulaq asmaq, internetdə sevdiyi şairlərin yaradıcılığını izləmək müasirləşməkdir. Şair bu fikri incə bir yumorla:Özümdən çıxıram, Tısbağa balası yumur-tadan çıxan kimi”, - sətirlərində ifadə edir, lakin nə şəkildə olmasından asılı olmayaraq, istər komik, istər ciddi, yeniləşməyi, yenidən doğulmağı çox gözəl və həyəcanlı bir şey kimi dəyərləndirir. Siyamək Hüseynəlizadə Ərgin daha kəskin yanaşır zahiri modernləşməyə və Rəsul Yunanda müşahidə olunan incə yumor onun şeirində kinayəyə, acı gülüşə çevrilir:




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin