Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?
Qərib yerdə saldıq binə, biz də düşdüy yaman günə,
Alışmışıq sinə-sinə, qayğımıza qalan kimdir?
Yaltaq olub aramızda, çarasızdır, çaramızda,
Hey qan axır yaramızdan, köç təbili çalan kimdir?
Hələ qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,
Şuşa-Laçın-Kəlbəcərin, torpağını alan kimdir?(15.s.154)
Çağdaş könül şairimiz Əli Daşqın da bu ədalətsiz savaşda itirdiyimiz torpaqlara “Əsir torpaq-Qarabağ” adlı poema həsr etmiş və ürək qanı ilə qələmə aldığı əsərdə işğal olunmuş bütün rayonlarımızın - Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xocalı, Ağdam, Xankəndi, Füzuli, Cəbrayıl, Zəngilanın dərdinə sanki ağı demiş, Vətəndə Vətənsiz qalan yurddaşlarımızın böyük dərdini poetik mənzərəsini cızaraq, həm də bədii sənədini yaratmışdir...
Dostları ilə paylaş: |