Qırmızı inamdır damarlarımda. Onların əsərlərində, yaratdıqları ədəbiyyatda real həyat, varlığın mənası bu dərəcədə təbiiliklə ifadə olunur. Əslində məhz bu özəlliyin daşıyıcısı olan əsərlər əbədiyaşar olur, ölməzlik qazanır. Güney yazarlarının bir özəlliyi də şeir yazmağa və şeirə münasibətdir... Şeir onların şeirlərinin əsas mövzularındandır, desəm, həqiqətdir. Bu ənənə əsasən ustad Şəhriyardan və onun ölməz “Şeir və hikmət” məsnəvi-poemasından gəlir... Lakin ənənəyə yeni baxış o qədər güclü və orijinaldır ki, heyrət doğurur. Kiyan Xiyavın iki ayrı şeirində bir motivə-şeirə yanaşması, şeir yazmağın nə qədər ilahi bir duyğu və qüdrət olduğunu bəlirləyən mövqeyi diqqətçəkicidir və şairin qənaətincə, şeir yazmaq həyata, yaşama dəlicəsinə aşiq olmaq, sevmək deməkmiş əslində: