Biz mutlu olmadıq
Heç zaman "xoşbəxtlik qafiyəsi"ni tapmadıq.
Durulmasa gözlərinin giləsindəki heykəl
Vərziganın həyat ağacı titrəyincə
Uçuq məçidlərdə tanrı üşüyəcək
Bir gilə tüstüdə boğulacaq umud...
-kimi...
2012-ci ildə tanınmış hekayə yazarı Həmid bəy Arğışın (Rüstəmi) “80 il hekayəmiz” adlı 452 səhifə həcmində monumental Güney Azərbaycan Hekayə Antologiyasının Qızılözən Kültür Dərnəyinin ilk nəşri kimi işıq üzü görməsi son dönəm Güney Azərbaycanda mühüm ədəbi hadisələrdən biridir. 1300-1380 (1921-2001)-ci illər arasında qırx Güney Azərbaycan yazarının türkcə qələmə aldığı əlli hekayəni qapsayan Hekayə antologiyasında Abbas Pənahi, Həbib Sahir, Gəncəli Səbahi, M.Zəhtabi, N.Mənzuri, S.Behrəngi kimi klassiklərlə yanaşı, 1990-cı illərdən bəri yaranan gənc yazarlar dalğasının ünlü nümayəndələrinin də əsərlərindən örnəklər verilmişdir. “Güney Azərbaycan nəsrinin izlənməsi və işlənib araşdırılması baxımından olduqca dəyərli bir qaynaq mahiyyətində olan bu dərləmə, Türkcənin yasaqlandığı bu alandakı bütün yazarların əlçatmaz əsərlərinə ulaşması həsəbiylə (49).”
Həmid Arğış (1976-cı il, Xoy) kitabdakı yazıları iki yerə bölüb. Ön sözləri I, öyküləri-hekayə və qaynaqları isə II bölümdə yerlşdirmişdir. http://dashqapi.blogspot.com saytındakı məlumatda bildirilir ki, bu Antologiyada yer almış əsərlərin toplanmasına 1373-ci günəş ilində 1992-93-cü illərdə başlanmalı və 1386-ci günəş ilində-2005-ci ildə sona çatmalı imiş. Lakin Güney Azərbaycanda yaşayıb-yaradan və elə açıq fikirliliyinə, demokratik düşüncələrinə görə başlarının üstündən Domokl qılıncı asılmış, yəni hər dəqiqə həbs, sürgün, təqib olunmaq təhlükəsi ilə üz-üzə çalışan digər aydınlarımız kimi, Həmid bəyin də tutulması və tutuqlandığı zaman kompüterinin də müsadirə olunması kitabın materiallarının da gedər-gəlməzə yollanmasına səbəb olub. Buna görə də kitabın yenidən toplanması və nəşr olunması prosesi 2012-ci ilədək uzanmışdır. Yazar ilk ön sözdə qaynaq sarıdan qıtlıq çəkdiyini qabardıb. İkinci ön sözü ”Ədəbiyat, Hekayə ədəbiyatı və hekayə ədəbiyatımızın tarixinə bir baxış”dır. Həmid Arğış oxucuların Güney ədəbiyyatı haqqında məlumatının az ola biləcəyini düşündüyündən ilk öncə ədəbiyyatın mahiyyətini, daha sonra ədəbiyyatın çeşitlərini, hekayə-öykünü dünya miqyasında tanınmış yazarların dili ilə açıqlayıb. Ardınca isə Güneydə nəsr janrının tarixən necə inkişaf etdiyindən və bu günkü səviyyəyə çatması prosesindən söz açıb. Yazar qeyd edir ki, “"milli hökümət" dönəmində Güneydə yazılar pişginləşib ayaq tutublar. ikinci etgili dönəm 1357-ci inqilab (1978) dönəmində üz verib dir. türkü dili yenidən yayılmaq imkanı tapıb, bu dildə dərgilər, kitablar ışıq üzü görüblər. Üçüncü etgili dönəm , 1376 -ci ildən başlanıb, günügündən yeni adamları yetişdirib. genəl ilgilərin genişlənmə aracları, yazıçıların imkanlarına artırıb 1380-ci(2001) ilə dək kitabları, əsərləri yayılan yazıçılara ayiddır. Arğış, kitabın bu bölümündə taxma adların sorun yaratdıqlarına toxunub, taxma adların, doğma adını tapmaq necə çətin olduğunu vurğuluyub dır. taxma adların, o dönəmlərdə etgilərini də gözdən qaçırmayıb. Kitabın ön sözləri, özəlüyündə, bilgi verən bölüm dir. ön sözünü oxumaqla, necə durumda olduğumuz görə bilirik. Kitabın təməl bölümündə 39 Güneyli yazarın bıyografisilə birlikdə hərəsindən ən azı bir öykü, ən çüxü iki öykü gətirilibdir. Yazarların bir çox qismi tanınmışlar dır. aralarında bizim nəslə tanış olmayan kimsələri də tapmaq olur. Makılı Abbas Pənahi, Qəhrəman Qəhrəmanzadə, Məhəmmədluye Abbası, Bəylər Hayili, Məhəmmədrza Afiyət, Firüz Sadıqzadə Dadrəs, Əlif Nuranlı , Ə.Urmulu , C.Miyandablı, Məhəmməd Qazi, Ə.Ağçaylı... kimi yazıçıları tanıtdırır. Onlarla birlikdə tanınmış yazarlarımız "M. Mişovlu, Həbib Sahir , Əliqulu Katibi , Səməd Bəhrəngi, Mərziyə Əhmədi, İsmayıl Hadı, Nasir Mənzuri, Heydər Abası (Barışmaz)... kimi yazıçılardan örnəklər gətirib Kitabın son bölülümü, qaynaqlar bölümü dir. Kitabın ən yoxsul bölümü, elə bu bölüm dir. bu kitab Güney Azərbaycanın genəlliklə, nəsr tarixində, özəlliklə hekayə tarixində iz qoyan bir kitab dir. kitabın bütün dəyərləri birlikdə axsaqlıqları da vardır. Ancaq bu axsaqlıqlar kitabın bütünlüyünün qarşısında gözə gəlməzdilər. belə bir kitabların yazılıb yayılmasını yeri, hər zaman boş görünüb. Kitabın başqa vurğulanacaq dəyəri , Arğışın, tanıtdırdığı yazıçıların yazdıqlarını olduqları kimi , əl dəyilmədən gətirməsi dir (50).”
Həmid bəy Arğışın “80 il hekayəmiz” adlı dəyərli kitabını əldə edə bilmədiyim üçün bu orijinal nəşrdə yayımlanan əsərlərdən bəhs etmək imkanım yoxdur, lakin sevimli Məlihə xanımın yardımı ilə buna nail olacağıma şübhə etmirəm... Yeri gəlmişkən, bu xanım yazarın “kibriti hekayələr” adlandırdığı kiçik esseləri də çağdaş Güney nəsrinin incilərindəndir. Bu barədə hələlik Əziz Səlaminin qiymətli fikirlərindən örnək gətirməklə kifayətlənəcəyəm: “Məlihə Əzizpurun “kiçik hekayələr“ini Alatoran dərgisində oxuyarkən, Goethedən bir zaman oxuduğum bir düşüncəni andım: “Hər kiçik bir durum, hər bir gözqırpımı belə, özündə sonsuz bir dəyər daşımaqdadır; çünkü o, bitməz bir zamanı təmsil etməkdədir.” Bu kiçik və bir çox hallarda, miniatür hekayələrdə, yazıçı, yaşamın belə kiçik durumlarından və gözqırpımlarından yola çıxmışdır. Onun zamandan qoparıb durdurduğu bu ufaq durumlar, bir xalqın ruhunun tən ortasından gəlib keçən acılar, ağrılar, həsrətlər, dəhşətlər, işgəncələr və fəlakətlərlə dolu uzun bir zamanın parçalarıdır. 15 hekayəni içinə alan bu toplu, bizim insanların ruh dünyasından və gündəlik sarsıntılı yaşamından, ən az boyalarla, cizgilərlə iş-lənmiş rəsm əsərlərini andırır. Elə buna görə də, söyləməkdən daha çox, göstərmək var bun-larda. Bunlar, oxucunu diqqətlə baxmağa və sözlərin altından keçən əzilmiş, qanamış, çey-nənmiş və qaranlıqlarda yaşamaqdan qaraltılara çevrilmiş insanları görməyə çağırır (38).”
Çağdaş dövr Güney Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Əli Daşqın şair olmaqla yanaşı, bu gün maraqlı hekayə və romanlar yazan nasir kimi də tanınır. Yazarın nəsr əsərlərində də əsas hədəfi, aparıcı mövzu savadsızlıq, İranda və Güney Azərbaycanda xalqın acınacaqlı vəziyyəti, qadınların hüquqsuzluğu, cəhalət və nadanlıq, milli ayrı-seçkilik, ictimai bərabərsizlik, milli varlıq, ana dili, «kültür»-mədəniyyət məsələləridir. «Kənd gəlini», «Bayraq kölgəsi», «Çəkmə yarası», «Buğda gülü» və «Günü» hekayələrin- də, «Bıçaq və sümük» povestində, eləcə də «Sarışın» romanında yazıçı cəhalət və zülmün tüğyan etdiyi İranda və Cənubi Azərbaycanda yaşayan sadə insanların, kənd camaatının maddi və mənəvi problemlərini, yoxsulluq və cəhalətin məngənəsində boğulan ailələrin real mənzərəsini qələmə alır.
Dostları ilə paylaş: |