|
İl başladı mədrəsələr çaldı zəng
|
səhifə | 54/58 | tarix | 02.01.2022 | ölçüsü | 0,59 Mb. | | #32437 |
| İl başladı mədrəsələr çaldı zəng.
Haray gəldi mədrəsədən dəng-dəng
Çantamı mən götürmüşəm əlimdə,
Eyvay, yenə dilim qaldı evimdə.
Dərs verilir dünyanın hər yerində
Uşaqlara öz ana dillərində
Hərə oxur öz baba tarixin də
Mənsə burda özgə dildə ağlıram,
Dəftərimi tərsədən varaqlıram.
Əvvəl günü, düşdü dilim dəyərdən,
Atalara pedər deyildi birdən
Ana oldu madər, yuxu oldu xab
Hər sözümə tərsədən aldım cavab.
Başlandı fikrimdə o gündən əzab
Anam yalancıdır, yoxsa müəllim?!
Doğrusu hansıdır bəs mənim dilim?!
Bu gündə başladı yenə mehr ayı,
Dostları ilə paylaş: |
|
|