SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə102/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   98   99   100   101   102   103   104   105   ...   260
1. Brahma-samac firqəsi; Bu firqənin əsası 1828-ci ildə Ramnuhan Roy adlı brahman tərəfindən qoyulmuşdur. O, Mahavira və Budda və s. Hind mütəfəkkirləri kimi həqiqətin kəşf olunması üçün uzun illər sərgərdan həyat sürərək daim axtarış aparmışdır. Ramnuhan Roy digər ideoloji cərəyanlarla tanış olmaqla yanaşı, hind cəmiyyətində mövcud olan minlərlə təfəkkür tərzi arasında həqiqəti tapmağa çalışmışdır.

O, İngiltərə dövləti tərəfindən xristianlığın Hindistanda təbliği üçün göndərilmiş missionerlərlə tanışlıqdan sonra xristian əxlaqına maraq göstərmiş, İslam kimi monoteist dinləri tədqiq etdikdən sonra allahpərəstliyi və tovhidi seçmişdir. Sonra, təkallahlılıq baxışlarını hinduizmin müqəddəs kitabları ilə əlaqələndirmək üçün hindusların dini inanclarını yenidən nəzərdən keçirmişdir. Buna əsasən də upanişadlara yazdığı yeni təfsirdə hinduizmdəki bütün çoxallahlıq və müşrik nəzəriyyələri rədd etmişdir.

Buna görə də, brahma-samac hinduizmin təkallahlı firqəsi sayılır və onun inancları varlıq aləminin yaradıcısı və qoruyanı, əbədi ulu tanrının ruhi zatının təkliyi əsasında qurulub. Bu firqə şirkin hər bir növünü və çoxallahlığı batil hesab etdiyinə görə də hinduizmin şirkin, çoxallahlığın simvolu olan bütlərə, tanrıların heykəllərinə sitayiş, bütlərə qurban kəsmək kimi bütün ibadət rituallarını qadağan və rədd edir. Bununla yanaşı, xristianlığın əxlaq norması olan “başqaları ilə onlardan özünə qarşı gözlədiyin rəftara uyğun rəftar et” prinsipi bu firqədə mühüm əxlaq norması kimi xüsusi mövqeyə malikdir.

Ramnuhan Roy o dövrdə qərblilər tərəfindən öz müstəmləkələrində geniş təbliğ edilib yayılan Qərb humanizminin tə’siri altına düşmüşdür. Hinduizmin Qərbin ümumbəşəri düşüncələrinin hücumu qarşısında müdafiə oluna bilməsi üçün insan hüquqlarını pozan bütün qanun və prinsipləri rədd edərək onlara qarşı çıxdı. Buna görə də, dul qadınların ölmüş ərlərinin cəsədi ilə birlikdə yandırılması, azyaşlıların zorla evləndirilməsi və s. qanunları tamamilə qəbuledilməz sayıldı. Ramnuhan Roy eyni halda hinduizmin müqəddəs kitablarını, yə’ni vedanta və upanişadları qəbul etmişdir. Bu firqə də hinduizm mə’bədlərində olan pərəstiş və dua mərasimlərini əvvəlki səpkidə yerinə yetirir. Firqənin kasta sinfi quruluşunu rədd etməsinə baxmayaraq, brahmanlar yenə də yüksək məqam sahibidirlər və bu firqədə onlara xüsusi hörmət göstərilir. Hətta Ramnuhan Royun ardıcıllarından çoxu onun şəklinə pərəstiş edərək hörmətlə yanaşırlar.

Buna görə də, brahma-samac firqəsi İslam, hinduizm, xristianlıq və qərb tərzi-təfəkkürlərinin, eləcə də onun banisinin şəxsi e’tiqadlarının sintezi nəticəsində formalaşmışdır. Bu ayin 19-cu əsrin ikinci yarısında yenidən parçalanmasına baxmayaraq, hal-hazırda hinduizmin ən mühüm firqələrindən biri kimi tanınır və Hindistanda çoxsaylı ardıcılları vardır.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin