SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə109/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   105   106   107   108   109   110   111   112   ...   260

2. ALLAHI ZİKR ETMƏK


Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və tə’limlərinin başqa bir xüsusiyyəti hesab olunur. Əvvəlki dərsdə də gördüyümüz kimi, o ilk tapıntısından sonra da Allahın ona adını təkrarlamağı tövsiyə etdiyini, qurtuluş və`dəsini onun adını dildə təkrar-təkrar zikr edənlərə verdiyini bildirmişdir. Buna əsasən Nanakın təbliğinin əsas istiqaməti Allahı yad etmək və bu işdə ardıcıllıqdır. Nanak bu məsələdə o dərəcədə tə`kid edir ki, hətta ondan - Nə üçün sat nama (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şerlərinin başında gəlir” - deyə soruşduqda belə cavab verir: - Bu ad bütün məbudların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, haqq adı” sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır.”

O, başqa bir yazısında bu barədə belə deyir:

- Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?”

O başqa bir yerdə deyir:

- Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer tapır.”

Tamamilə aydındır ki, siqh e’tiqadının bu hissəsi sufi e’tiqadlarından tə’sirlənmişdir. Allahı zikr etmək və bu işdə ardıcıllıq müsəlman sufilərin ən mühüm və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində müşahidə edilməmişdir.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin