SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə110/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   106   107   108   109   110   111   112   113   ...   260
3. İNSAN VƏ DÜNYA

Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə “tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şe’rlərinin birində belə deyir:

- Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?”

Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da nicat və qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman sufilərin irfani əqidələrinə əsaslanmış, onların tə `siri altında olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləminə baxışı İslam e’tiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və davamsız olmasına toxunaraq deyir: - Bu dünyanın işləri davamsız və ötəridir, yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm bir yuxu və xəyaldan ibarətdir.”

O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı bu dünyanın ötəri və xəyali olmasını “maya” e`tiqadlarına uyğun sayır. Hinduizm e’tiqadında maya “dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yə’ni, Allah maddəni xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif rəngarəng surətlərdə - Brahma, Vişnu və Şiva mə’budları, yer, səma, insan, bitki - hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə yaratmışdır.”

Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə keçməsinə əsaslanan e’tiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu yozum əslində hinduizmdə fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilən, haqda fani olmaq mərhələsi olan bə`zi sufi firqələrinin nəzəriyyəsini xatırladır.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin