SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə116/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   112   113   114   115   116   117   118   119   ...   260

B) TAOİZMDƏ SEHRKARLIQ


Əbədi yaşayışa, yoxluq və ölümdən qaçmağa meyl bütün insanların firti xüsusiyyətidir. Müxtəlif din və məktəblər bu məqsədə nail olmaq üçün cürbəcür vasitələr təklif etmişlər. Lao-tze və Çuvanq-tzonun məqsədi bu olmuş və əbədiyyətə çatmaq üçün (öz e’tiqad və gümanları əsasında) müəyyən yollar göstərmişlər. Çuvanq-tzo bu barədə deyir: - Hər kəs Taonun zatına qovuşsa əbədi həyata nail olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru Fuşi Taoya qovuşduğuna görə də əbədiyyət sirrinə və əbədi həyata yiyələnmişdir. O, bu həqiqətə yiyələndikdən sonra buludlara minərək göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata nail olmuşdur.”

Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mə’nəvi üsullar toplusunu nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük, əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından azad olmuşdu.

Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə aldatmaqla onlardan faydalansınlar.

Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun tə `liminə çalışılır. Kitabın bə’zi yerlərində belə qeydlərə rast gəlirik: - Qurğuşun, civə və qızıl əriyib bir-birinə qarışsa və kiçik düyməciklər halına düşsə, onu yeməklə (iksiri) uzunömürlülüyə, hətta əbədiliyə çatmaq olar”. Bundan başqa, Tao filosofu Kuhunq “Paop-otzo” adlı məşhur kitabında yazır: - Mənim mütaliə etdiyim kitabların hamısında bu məqsədə çatmaq üçün civə sulfuru və ərinmiş qızıl qeyd olunmuşdur. Bu iki maddə əbədiliyə çatmağın zirvəsi və yoludur. Bu iki maddəyə nə qədər çox istilik verilsə, onda baş verən dəyişikliklər də heyrətamiz olacaqdır. Bu iki maddə birlikdə yeyilərsə bədəni gücləndirər qocalmağın, yaxud ölməyin qarşısını alar.”



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin